Modern.az

II Qaregin və altı yepiskopun məhkəməsi başladı

II Qaregin və altı yepiskopun məhkəməsi başladı

Aktual

Bu gün, 16:16

Ermənistanın paytaxtı İrəvanda Bütün Ermənilərin Katolikosu II Qaregin və altı yepiskopun işi üzrə məhkəmə prosesi başlayıb.

Modern.az xəbər verir ki, məhkəmə binası qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib. Sosial şəbəkələrdə və yerli KİV-lərdə yayılan görüntülərdə məhkəmə binası ətrafındakı vəziyyət, eləcə də məhkəmə zalından kadrlar əks olunub.

O,  Ermənistan Apostol Kilsəsinin digər yüksək rütbəli din xadimləri və keşişlər isə "Müqəddəs Eçmiədzin taxtını sarsılmaz qoru" şərakanını ifa edib, ardınca "Atamız" duasını oxuyublar.

Qeyd edək ki, II Qaregin və Ali Ruhani Şuranın üzvü olan yepiskoplar məhkəmənin patriarxın kanonik qərarını qadağan edən qərarını icra etməməkdə ittiham olunurlar.

Cinayət işi hələ bu ilin fevralında başlanılıb və keşişlikdən uzaqlaşdırılmış Arman Saroyanla bağlı məhkəmə qərarının icrasına mane olunması iddiası ilə əlaqələndirilir.

Qeyd edək ki, Ermənistan hakimiyyəti II Qaregin və altı yüksək rütbəli din xadimini məhkəmə qərarının icrasına mane olmaqda ittiham edir. Təqsirləri sübuta yetiriləcəyi halda onlar iki ilədək azadlıqdan məhrum edilə bilərlər.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna Krımı BOMBALADI - Əhali təxliyə olunur!