Bu ilin I yarısında Maliyyə Nazirliyi 10 dövlət müəssisəsinin 2023–2025-ci illər üzrə maliyyə göstəriciləri monitorinqi ilə bağlı hesabatı Prezident İlham Əliyevə təqdim edib.
Modern.az xəbər verir ki, bu barədə nazirliyin yarım illik hesabatında bildirilir.
Sənədə əsasən, bu, dövlət başçısının qurumun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 30 dekabr 2025-ci il tarixli fərmanl çərçivəsində baş tutub. Həmin fərmana əsasən, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb, qurumun Əsasnaməsi təsdiq edilib.
Həmçinin Prezident İlham Əliyevin 26 may 2026-cı il tarixli fərmanı ilə dövlət müəssisələrinin müşahidə şuralarında Maliyyə Nazirliyinin təmsilçiliyi genişləndirilib.
6 ay ərzində nazirlik həmçinin dövlət başçısının fərmanı ilə təsdiq edilmiş "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borclanması Qaydası"nın təkmilləşdirilməsinə dair təkliflər hazırlayıb.