Modern.az

Bayramov-Mirzoyan görüşünün vaxtı və yeri AÇIQLANDI

Bayramov-Mirzoyan görüşünün vaxtı və yeri AÇIQLANDI

Aktual

15 Sentyabr 2026, 12:18

Ermənistanın xarici işlər və xarici ticarət naziri Ararat Mirzoyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla bu ay Nyu-Yorkda görüşəcək.

Modern.az xəbər verir ki, Mirzoyan bu barədə “Azatutyun” radiosunun sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçiriləcək.

BMT Baş Assambleyasının builki yüksək səviyyəli həftəsi sentyabrın 22-dən 28-dək Nyu-Yorkda baş tutacaq. Ümumi debatların əsas hissəsi sentyabrın 22–26-sı və 28-də keçiriləcək.

Mirzoyan görüşün gündəliyi ilə bağlı əlavə məlumat verməyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər