Modern.az

Vardanyan həbsxanadan “rəqəmsal oğurluq”la məşğuldur

Vardanyan həbsxanadan “rəqəmsal oğurluq”la məşğuldur

Aktual

15 Sentyabr 2026, 14:15

Ermənistanda Azərbaycanın Qarabağdakı mədəni irsini özünküləşdirməyə hesablanan yeni layihə yaradılıb.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, yeni yaradılan platforma artsakhian.org saytı üzərindən fəaliyyət göstərəcək.

“Artsax mədəniyyətinin Rəqəmsal evi” adlanan qondarma layihə Qarabağdakı alban və türk irsinə aid dialekt, folklor, musiqi, mərasimlər, ənənəvi biliklər, eləcə də foto, video və audio materialları erməni iris kimi toplayacaq.

Layihə Ruben Vardanyanın təşəbbüsü ilə yaradılan “Biz - bizim dağlarımızıq” İnkişaf Agentliyinin təşəbbüsü və Qalust Gülbenkyan Fondunun dəstəyi ilə həyata keçirilib.

Xatırladaq ki, layihəni maliyyələşdirən hərbi cinayətkar Ruben Vardanyan Azərbaycanda 20 il müddətinə azadlıqdan məhrum olunub.

Sizə yeni x var
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir