Modern.az

Hakan Fidan: Azərbaycanla müdafiə əməkdaşlığımız dərinləşir

Hakan Fidan: Azərbaycanla müdafiə əməkdaşlığımız dərinləşir

Aktual

Bu gün, 14:41

Türkiyə və Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməkdə qərarlıdır.

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Şuşa Bəyannaməsi ilə münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi müdafiə və təhlükəsizlik əməkdaşlığı üçün güclü zəmin yaradıb.

“Silahlı qüvvələrimiz arasında keçirilən birgə təlimlər, təhsil və təcrübə mübadiləsi, eləcə də müdafiə sənayesi müəssisələrimiz arasında getdikcə dərinləşən əməkdaşlıq bu tərəfdaşlığın konkret nəticələridir”, – Hakan Fidan vurğulayıb.

Onun sözlərinə görə, qarşıdakı dövrdə bu sahədə əməkdaşlıq tərəflərin ehtiyac və imkanlarına uyğun şəkildə davam etdiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya məktəblərində müharibə hazırlığı başladı: Silahlar paylanıldı