Modern.az

Türkiyə və Azərbaycan 15 milyard dollarlıq ticarət həcmini hədəfləyir

Türkiyə və Azərbaycan 15 milyard dollarlıq ticarət həcmini hədəfləyir

Aktual

15 Sentyabr 2026, 14:42

Türkiyə və Azərbaycan arasında qarşılıqlı investisiyaların, birgə layihələrin və ticarət dövriyyəsinin həcmi hər il artır.

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Prezidentlərimizin müəyyən etdiyi 15 milyard dollarlıq ticarət həcmi hədəfinə ən qısa müddətdə çatmaq üçün bütün qurumlarımız, peşə təşkilatlarımız və ticarət palatalarımız böyük səylə çalışır”, – Hakan Fidan deyib.

Nazir enerji, nəqliyyat və bağlantı sahələrindəki əməkdaşlığın iki ölkə münasibətlərinin strateji istiqamətlərindən birini təşkil etdiyini vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi