Modern.az

Əliyev və Ərdoğan strateji məsələlər üzrə mövqelərini uzlaşdırıb - FİDAN

Əliyev və Ərdoğan strateji məsələlər üzrə mövqelərini uzlaşdırıb - FİDAN

Aktual

15 Sentyabr 2026, 14:43

Azərbaycan və Türkiyə liderlərinin regional və strateji məsələlərlə bağlı mövqelərinin əlaqələndirilməsi iki ölkə üçün xüsusi əhəmiyyət daşıyır.

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Hakan Fidan Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini xatırladıb.

“Prezident Rəcəb Tayyib Ərdoğanın səmimi salamlarını və sevgilərini çatdırdım. İkitərəfli münasibətlər və regional məsələlərlə bağlı Prezident İlham Əliyevin geniş təcrübəsini və baxışlarını dinləmək imkanımız oldu. Mən də Prezidentimizin mühüm məsələlərlə bağlı mövqeyini çatdırdım”, – nazir deyib.

Hakan Fidan strateji məsələlərdə iki ölkə liderlərinin yanaşmalarının uzlaşdırılmasının vacibliyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi