Modern.az

Ukraynaya növbəti humanitar yardım göndərildi - FOTO

Ukraynaya növbəti humanitar yardım göndərildi - FOTO

Aktual

Bu gün, 12:40

Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

Modern.az xəbər verir ki, Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən humanitar yükün tərkibinə ümumi dəyəri 2,5 milyon Azərbaycan manatı olan kabel, naqil, transformator və digər elektrik avadanlıqları daxildir.

Bildirilib ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.

Qeyd edek ki, yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 21 sentyabr tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.
 




 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Gərginlik artdı - Türkiyə ordusu hərəkətə keçdi