Modern.az

İzmirin meri Ərdoğanın partiyasına keçdi

İzmirin meri Ərdoğanın partiyasına keçdi

Aktual

Bu gün, 14:47

Türkiyənin üçüncü böyük şəhəri İzmirin meri Cəmil Tuğay hakim Ədalət və İnkişaf Partiyasına (AK Parti) qoşulub.

Modern.az xəbər verir ki, Tuğayın partiyaya qoşulması Ankarada Türkiyə Prezidenti, AK Parti sədri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən mərasimdə rəsmiləşdirilib.

Tuğay 2024-cü ilin martında Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi kimi İzmirin meri seçilib. O, həmin seçkilərdə səslərin 49 faizini, AK Parti namizədi isə 37 faizini qazanıb.

Bu ilin iyununda CHP-dən istefa verən Tuğay fəaliyyətini müstəqil davam etdirirdi.

Onun hakim partiyaya keçməsi AK Parti üçün mühüm siyasi qazanc sayılır. Partiya indiyədək İzmir böyükşəhər bələdiyyəsinin rəhbərliyini seçki yolu ilə qazana bilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycan-Türkiyə qardaşlığı vurulur - NƏYİ GÖZLƏYİRİK? - Modern.az