Modern.az

Vasif Talıbovun dövründə tikilən bina yarımçıq qaldı

Vasif Talıbovun dövründə tikilən bina yarımçıq qaldı

Aktual

Bu gün, 10:55

Naxçıvanda Vasif Talıbovun Ali Məclisin sədri olduğu dövrdə həmin müəssisə üçün tikildiyi iddia edilən yeni bina uzun müddətdir yarımçıq vəziyyətdədir.

Modern.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, Vasif Talıbovun vəzifədən getməsindən sonra inşa işləri dayandırılıb.

Hazırda binanın hansı məqsədlə istifadə olunacağı bəlli deyil. Tikintinin nə üçün yarımçıq saxlanıldığı, layihənin taleyinin necə olacağı ilə bağlı məqamlar da suallar doğurur.

Digər tərəfdən binanın yerləşdiyi ərazidə yeni tikilinin inşasına ehtiyac olmaması da suallar yaradır. Bildirilir ki, Ali Məclisin binası olduğu, iclasların isə mütəmadi keçirilməməsinə rəğmən, belə bir binanın hansı zərurətdən inşa olunması müzakirə mövzusudur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorundan sorğuyaa cavab olaraq bildirilib ki, Ali Məclis həmin binanın tikintisi ilə əlaqədar sifarişçi qismində çıxış etməyib:

"Eyni zamanda, qeyd olunan binanın tikintisinin dayandırılma səbəbləri, hazırkı vəziyyəti və gələcək təyinatı ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisində hər hansı məlumat mövcud deyil".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən Paşinyana tərs şapalaq - Hüquqları əlindən alındı!