Modern.az

Bu mövzu Bakıda müzakirə olunmayıb – Almaniya XİN rəhbəri

Bu mövzu Bakıda müzakirə olunmayıb – Almaniya XİN rəhbəri

Aktual

Bu gün, 11:39

Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib ki, Qazaxıstan neftinin Azərbaycan üzərindən Avropaya nəqlinin artırılması Bakıda keçirdiyi görüşlərin gündəliyində olmayıb.

Modern.az xəbər verir ki, Vadeful bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat brifinqində “Reuters”in sualına cavab olaraq deyib.

“Reuters”in jurnalisti Qazaxıstan neftinin Bakı–Tbilisi–Ceyhan kəməri və Gürcüstanın Qara dəniz limanları vasitəsilə Avropaya nəqlinin artırılması üçün Almaniya, Azərbaycan və Qazaxıstan arasında danışıqlar aparıldığına dair məlumatlara aydınlıq gətirilməsini istəyib.

Vadeful cavabında bildirib ki, tərəflər Azərbaycan–Almaniya Biznes Şurasının toplanması və iki ölkənin iqtisadiyyat nazirlərinin yaxın vaxtlarda Berlində görüşməsi barədə razılığa gəliblər. O əlavə edib ki, enerji məsələləri Almaniyanın iqtisadiyyat naziri Katarina Rayxenin səlahiyyətinə daxildir və bu mövzuda zəruri danışıqların aparılmasını həmkarına həvalə edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Təcili xəbər! Mehdiyevdən məhkəməyə etiraz - Nə baş verir?