Modern.az

Avropada anomal istilər sürətlə yayılır: bu ölkəyə də çatdı

Avropada anomal istilər sürətlə yayılır: bu ölkəyə də çatdı

Dünya

Bu gün, 09:18

Macarıstanda davam edən anomal istilər səbəbindən yeni temperatur rekordu qeydə alınıb - 40 dərəcə.

Modern.az xəbər verir ki, bu barədə Macarıstan meteorologiya xidməti "HungaroMet" məlumat yayıb.

Qeyd olunub ki, bu tarix üçün əvvəlki rekord 39,9 dərəcə olub və 1935-ci ildə qeydə alınıb. Hakimiyyət orqanları həftənin əvvəlində temperaturun 42 dərəcəyə qədər yüksələ biləcəyi barədə xəbərdarlıq edib ki, bu da ölkənin meteorologiya tarixində ən yüksək temperatur olacaq.

Anormal istilər səbəbindən "HungaroMet" üçüncü, ən yüksək hava xəbərdarlıq səviyyəsini elan edib. Hökumət dövlət qurumlarına və şirkətlərə işçilərini məsafədən işə keçirməyi və iş yerində qalmalı olanların kondisioner və içməli su ilə təmin olunmasını tövsiyə edib.

Bundan əlavə, hərbiçilər, bələdiyyə orqanları və xeyriyyə təşkilatları ictimai yerlərdə sakinlərə su paylayır. İsti hava səbəbindən təcili yardım çağırışlarının sayı 8% artıb. Lakin ölkədə heç bir ciddi hadisə qeydə alınmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada