Modern.az

Çində güclü zəlzələ: 13 yaralı

Çində güclü zəlzələ: 13 yaralı

Dünya

Bu gün, 08:30

Çinin Siçuan əyaləti əyalətində baş vermiş 5,5 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 13 nəfərə çatıb.
 

Modern.az xəbər verir ki, bu barədə iyunun 29-da "Chnfund" nəşri məlumat yayıb.

Məlumata görə, “13 nəfər yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb, 196 nəfər isə təxliyə edilib. Hazırda ağır itki qeydə alınmayıb, ictimai asayiş sabitdir və təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri planlı şəkildə davam etdirilir”.

Bildirilir ki, zəlzələ Şahe qəsəbəsi yaxınlığında qeydə alınıb. Yeraltı təkanların ocağı 6 kilometr dərinlikdə yerləşib.

Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada