Modern.az

Azərbaycanlı gənclər Hollandiyaya dəvət alıblar

Azərbaycanlı gənclər Hollandiyaya dəvət alıblar

3 Sentyabr 2009, 14:46

2009-cu il noyabr ayında dünyanın liberal gəncləri və liberal gənclər təşkilatları Hollandiyada bir araya gələcəklər. Liberal gənclərin bu dəfəki hədəfi insan alveri problemi olacaq. Bununla bağlı nəzərdə tutulan “İnsan Alveri – Mən icarəyə verilmirəm (Human Trafficking – I am not for sale)” adlı tədbir Liberal Gənclərin Beynəlxalq Federasiyası (IFLRY) tərəfindən təşkil olunacaq. Hollandiyada keçiriləcək seminar və nəticə konfransında gənclər bu ilin insan alveri ilə bağlı statistikik nəticələrinə müzakirə edəcək, problemlərdən çıxış yolunu axtaracaqlar. Hollandiyada keçiriləcək seminar və konfransa Azərbaycanın liberal gənclər təşkilatları-Azərbaycan Liberal Gənclər Assosasiyası və Dalğa Gənclər Hərəkatı da dəvət alıblar.
Xatırladaq ki, Azərbaycanda insan alveri ilə bağlı statistika heç də ürəkaçan deyil.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi