24 Oktyabr 2016, 10:05 | Ana Səhifə - Yazılar - İsrafçılığı mədəniyyət normasına çevirməyək
İsrafçılığı mədəniyyət normasına çevirməyək

Mansur Piriyev

 

 

Şəxsi avtomobilləri ictimai nəqliyyatla əvəzləməyin vaxtı çoxdan çatıb

 

Öncə ona görə ki, bu ümumi mənafeyə uyğundur. Daha sonar isə kütləvi şəkildə ictimai nəqliyyatdan istifadə:  şəhərdə maşın sıxlığının azalması, yollarda daha az  tıxac,daha az yol hərəkəti qəzası, daha az ölüm, daha az səs-küy,əsəb pozuntusu, daha yaxşı ekoloji vəziyyət  və daha təmiz hava deməkdir.

 

Səhv etmirəmsə, hansısa filosofun belə bir sözü var “ İnkişaf etmiş cəmiyyət,  kasıbların avtomobillə gəzdiyi yox, varlıların avtobusla gəzdiyi cəmiyyətdir”

 

Bu gün şəhərdə hərəkət edən avtomobillərin salonuna diqqət yetirəndə  əksər maşınlarda sadəcə sürücüləri görürük. Hətta maddi vəziyyəti nisbətən əlverişli olan ailələrin eyni vaxtda  bir neçə avtomobildən istifadə etdiyini, səhər hərəsinin bir maşınla işə üz tutduğunu müşahidə edirik.  Əlbəttə bu kimi hallar təkcə fərdi avtomobilə olan təlabatla bağlı deyil. Diqqətlə fikir vesək görərik ki, bu şəxsi avtomobilərə nəqliyyat vasitəsi kimi yox həm də status-simvol kimi yanaşmaqdan irəli gəlir. Çox təəssüf ki, bu hal getdikcə cəmiyyətdə olçü vahidinə çevrilir və gündəlik, adi  norma kimi qəbul edilməkdədir. Təbi ki, məsələnin sosioloji tərəfləri də var.  Unuduruq ki, israfçılıq heç vaxt  mədəniyyət normasına çevrilə və ətrafdakılar üçün nümunə yarada bilməz.

Məsələnin sosioloji tərəfi ilə yanaşı, bu həm də şəhərdaxili yollarda  tıxacların, hava kirliliyinin, səs-küyün, yollarda baş verən qəzaların, insan ölümlərinin  artımına səbəb olur. Buna görə də məcbur olmadığı vaxtlarda insanlar şəxsi avtomobillər əvəzinə ictimai nəqliyyatdan istifadəyə üstünlük verməlidirlər. Şəxsi avtomobillərdən istifadə edən insanlar isə mümkün olduğu qədər şəhərin mərkəzi küçələrindən, tıxacların daha çox yarandığı yollardan yox, ictimai nəqliyyatın gur olmadığı digər alternativ yollardan istifadə etməlidir. Bu ümumi mənafeyə xidmət etməklə yanaşı həmin  insanlara  vaxt, yanacaq və təbii ki, əsəb gərginliyi ilə bağlı qənaət imkanı yaradacaq.

 

Əlbəttə, öz növbəsində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərin də üzərinə xeyli vəzifə düşür. Çünki  bütün təbəqələrdən olan insanların  rahatlıqla ictimai nəqliyyatı, avtobusu seçməsi birbaşa göstərilən xidmətlərin kefiyyəti ilə sıx şəkildə  bağlıdır.  Son illərdə ictimai nəqliyyatın təşkil olunması sahəsində ciddi adımlar atılmaqdadır. Sərnişindaşıma xidməti insanların tələblərinə uyğunlaşdırılmaqla yanaşı, bu sahədə beynəlxalq satandartların tətbiq olunması və daha mütərəqqi, qabaqcıl şəhərlərin, meqapolislərin təcrübəsindən istifadə edilir.  Əlbətdə xeyli yol da qət olunub ancaq problemlər də mövcuddur. Hesab edirəm ki, problemlərdən biri də, bəlkə də birincisi bu sahəyə insanların baxışı, münasibəti ilə bağlıdır.Avtobusa daxil olan kimi sürücüyə suallar verən, giriş qapısının  ağzında dayanan, tutacaqlardan tutmayan, avtobusun salonda uca səslə danışan, avtobusu ona lazım olan yerdə saxlatmağa çalışan, sürücü saxlamayanda qapıları yumruqlayan sərnişin, müvəqqəti  yaranmış tıxac səbəbindən dayanacağa üç və ya beş dəqiqə gecikən sürücünü təhqir, yaxud şikayət edir. Bu bir reallıqdır ki, bu gün ictimai nəqliyyata fərdi nəqliyyat vasitəsi kimi baxan sərnişinlər var.

Bəzən də bu kimi xoşa gəlməz hallar günlərlə mətbuat səhifələrindən düşmür, sürücülərə, daşıyıcı şirkətlərə qarşı mənfi münasibət formaladırılır. Təssüf ki, bu kimi hallarda bəzən real vəziyyət nəzərə alınmır. Avtobusun yollarda  avtomobil sıxlığı, təmir, tıxac yaxud baş vermiş yol hərəkəti qəzası ilə bağlı müvəqqəti gecikməsi  unudulur. Bütün bunlar nəzərə alınmadan, hadisənin məğzi araşdırılmadan qaraguruh, ajotaş yaradılır və bir xidmət növünün inkişafı üçün maneə yaradan ictimai rəy formalaşdırılır.

 

Unutmaq olmaz ki, sərnişindaşıma fəaliyyəti  çoxtərəfli münasibətlər  sistemi üzərində qurulan bir xidmət növüdür. 

 

Burada, sərnişinlər, daşıyıcı şirkətlər, eyni zamanda bu sahəyə yardımçı təşkilatlar,  dövlət nəzarətini həyata keçirən qurumlar  var. Ona görə də şikayət edən  və ya hər hansı məlumatı ötürən şəxs,  mediya orqanı daşıdığı məsuliyyəti dərk etməli,   bütün tərəflərin vəzifəsini, məsuliyyətini  nəzərə almalı, istənilən  hadisəni araşdırmamış günahkar təyin etməməlidir.

Ona görə də bir sahə ilə bağlı  ciddi dəyikiliklər gözləyirik, tələbkarlıq ediriksə o zaman bu istiqamətdə baxışlarımızı, münasibətlərimizi bir daha gözdən keçirməliyik. Xüsusən də bu münasibətlərin, sosial mühitin formalaşdığı  ictimai nəqliyyat və sərnişindaşıma xidmətləri ilə bağlı bir sahədirsə, Çünki burada hər birimiz yeniliklər gözləyən iştirakçıyıq.  Bu sahədə uzun illərdən bəri yaranmış neqativ vərdişləri birlikdə tərgitməli, streotipləri birlikdə qırmalıyıq.

Əməkhaqları və pensiyaların artırılması ilə bağlı işlərə başlanılıb - Nazirlik 16 Oktyabr 2021, 18:33 "Azəriqaz" rəhbərindən qazın qiyməti ilə bağlı AÇIQLAMA 16 Oktyabr 2021, 18:21 “Azəriqaz” rəhbəri canlı yayımda sualları cavablandırır 16 Oktyabr 2021, 17:55 Azərbaycan bu strateji yüksəkliyə nəzarəti ƏLƏ ALACAQ 16 Oktyabr 2021, 17:49 İranda güclü zəlzələ olub 16 Oktyabr 2021, 17:13 Koronavirus əleyhinə peyvənd olunanların SAYI 16 Oktyabr 2021, 16:51 Prezidentin sərəncamı 1,8 milyon vətəndaşı əhatə edəcək 16 Oktyabr 2021, 16:41 Yoluxma artdı: 12 nəfər öldü 16 Oktyabr 2021, 16:38 "Azərişıq"dan yeni tariflə bağlı AÇIQLAMA 16 Oktyabr 2021, 16:31 Milli Məclisdə ukraynalı deputatlarla görüş - FOTO 16 Oktyabr 2021, 16:15 Dünyada qaz qiymətləri ötən illə müqayisədə 20-30 dəfə qalxıb - SOCAR 16 Oktyabr 2021, 16:10 İcra başçısı və deputat şəhidin məzarını ziyarət etdi - FOTO 16 Oktyabr 2021, 15:57 Prezident Şəmistan Əlizamanlını TƏLTİF ETDİ 16 Oktyabr 2021, 15:44 Hökumət Prezidentin sərəncamının icrasına BAŞLADI 16 Oktyabr 2021, 15:43 İranda daha 181 nəfər koronavirusdan öldü 16 Oktyabr 2021, 15:38 Maaşlar, pensiyalar və təqaüdlər ARTIRILIR 16 Oktyabr 2021, 15:21 Prezident Bəhram Bağırzadəni MÜKAFATLANDIRDI 16 Oktyabr 2021, 15:12 Elton Hüseynəliyevlə Xəyyam Nisanova fəxri ad verildi 16 Oktyabr 2021, 15:06 Azərbaycanda qaz və işıq tarifləri DƏYİŞDİRİLDİ 16 Oktyabr 2021, 14:44 Qarabağın işğaldan azad olunması su probleminin həllinə dəstək oldu 16 Oktyabr 2021, 14:31 Putinin “pis sülh və “yaxşı müharibəifadəsi: Bizə hansı məqbuldur? 16 Oktyabr 2021, 14:30 Bu direktorlar vəzifəsindən azad edilib  16 Oktyabr 2021, 14:22 Prezident fəxri adlar verdi - SİYAHI 16 Oktyabr 2021, 14:15 Bir qrup mədəniyyət xadimi təltif edildi - SƏRƏNCAM 16 Oktyabr 2021, 14:06 Merkelin Türkiyə səfəri – Ərdoğanla görüşdü 16 Oktyabr 2021, 13:53 Futbol matçından sonra atışma olub, yaralılar var 16 Oktyabr 2021, 13:32 Füzuli hava limanı beynəlxalq uçuşlar üçün açıqdır – RƏSMİ 16 Oktyabr 2021, 13:19 İşğal dövründə Qarabağda 100 min hektar ərazi yanıb 16 Oktyabr 2021, 13:17 Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası - FOTO 16 Oktyabr 2021, 13:04 Fransa Qarabağın minalardan təmizlənməsinə yardım edəcək 16 Oktyabr 2021, 13:01 Azərbaycan Ordusu “OSA” zenit-raket komplekslərini İŞƏ SALDI - VİDEO 16 Oktyabr 2021, 12:52 Rusiyada 1 gündə mindən çox insan koronavirusdan öldü 16 Oktyabr 2021, 12:40 Vətəndaşın 4 min manatını mənimsəyən “falçı” saxlanıldı 16 Oktyabr 2021, 12:30 Bazar günü hava necə olacaq? 16 Oktyabr 2021, 12:20 Füzuli Hava Limanı ilə bağlı ŞAD XƏBƏR 16 Oktyabr 2021, 12:16