21 Dekabr 2016, 12:27 | Ana Səhifə - Yazılar - Ağ çadırlar içində ticarət hayı...
Ağ çadırlar içində ticarət hayı...

Vəfa Allahverdiyeva

 

Şəhərin bir neçə yerində, metro çıxışlarının başındakı ağ çadırlar içərisinə boylanana qədər sanki kiminsə qara xəbərini, axirətə başlayan yolçuluğunun əlamətini anladır. Yas çadırları eynən belə qurulur, ona görə.   

Ya da qarlı-şaxtalı havalarda daldalanmağa ehtiyaclı insanlara ənənəvi xidmət edən  sosial çadırları. Bayırda neçə gündür, ayazlı hava şəraiti hökm sürür, çünki.  

Paytaxtın o başından bu başına şütüyən avtobusların pəncərələrindən- uzaqdan baxırsansa, görüntünün adı məhz bu iki versiyadan birinə bağlanır.

Yaxından isə ölü ilə vidanı, qışın sərt çağında yollardakı gecə əməkçilərinə bir neçə günlük humanitar dəstəyi simvolizə edən  belə ağ çadırların izahında əməlli-başlı ticarət anlamı var.

Biznes çadırı.   

Özü də nə satır? Yeni il  aksessuarları.

Məsələ ticarətin bu tərəfində və formatında  deyil. Çadırı təşkil edənlərin rəsmi informasiya qaynaqlarına bunun məqsədini necə izahlamasındadır.

İzahsa, doğrudan- doğruya rişxənd istəyir.

Çünki sən demə, bir neçə metro çıxışına bu çadırları təşkil edənlər insanların qayğısına qalmaq, onları alverçi fırıldağından, qiymətdə aldadılmaqdan qorumaq üçün “yolka”nın bayram yarmarkası kimi bir satış formatı düşünüblər.

Adı hələlik bizlərə məchul kiminsə “sezon” bisnesinin çiçəklənən vaxtıdır. Dərinə getsək, altından hansısa icra başçısının, Bakı Şəhər İcra Hakimiyyətinin yüksək səlahiyyətli məmurunun,  ya da hansısa millət vəkilinin...ismi çıxar. 

Digər bir versiya da ehtimal cərgəsindədir: sosial ağırlıq şəraitində toplumda süni bayram əhval-ruhiyyəsi, sabaha zorla nikbinlik yarada bilmək.  

Əks təqdirdə yüzlərlə müxtəlif təyinatlı satış məntəqələrində bu aksessuarları da satmaq mümkün olan halda, əlahiddə “yolka” yarmarkasına nədən ehtiyac qalsın ki?! “Yolka” ki, qida deyil!

Və yaxud, adi bir ticarətçi-zəhmətkeş təbəqə  üçün şəhərin gur giriş-çıxışları bu çadırlara görə qapalı saxlanmazdı, həm də həftələrlə.  

İkincisi və ən vacibi-“yolka”nın harada,  necə satılmasının maddi yöndən həyatı günbəgün dəyişən, böhranla sosial güzəranın aşağı qatındakı qaranlığa düşən əhaliyə nə dəxli var ki?! Bahalıq coxdan ona görə əlçatmaz idi. Artıq ucuz təklif olunan hər bir şey də onu dəyərdən düşmüş pul kütləsi ilə ciddi məyus edə bilir.   

Bayram süfrəsinin, cırılan paltarının yenisi ilə əvəzlənməsinin, qurtaran dərmanının ehtiyat sayını alıb yerinə qoymağın, bu ay artımla gələcək işıq, qaz pulunun hayındakən, yeni il ləvazimatları ona çoxmu lazımdır?!

Ehtiyac körpüsündə ayaqları titrəyən toplum üçün “yolka” ağacı, artıq xərclər siyahısına çoxdan düşüb. Yeni il aksessuarları  nə qarın doydurur, nə üşüyən əllər qızdırır, nə də könüllərə fərahlıq gətirir.  

Məmləkətin gələcəyi olan uşaqlara bol-bol meyvə yemək, sağlam və güclü qida ilə böyümək lazımkən, həftədən artıq  davam edən ərzaq yarmarkasını, həm də belə rahat yol üstündə, ağ çadırların içərisində təşkil etmək kimsənin yadına düşmür. Ya da etmirlər deyək. 

Xeyirxah məqsədlər naminə məktəb yaxınlaşanda çanta, dəftər-kitab yarmarkası, qış gələndə palto yarmarkası keçirmək də kimsənin yadına düşmür. Bunlar xalqın balalarına “yolka” yarmarkasından daha çox lazımkən, məhz yeni il simvollarının satışı məsələsində ehtiyaclı təbəqənin kasad ailə büdcəsini düşünmək izahları saxta görünməsin, neyləsin?!       

Bunun tərtəmiz bir adı var-ağ çadır sahibləri ticarət hayındadır.

Ölkədə hökm sürən pul qıtlığı təkcə aşağı sosial təbəqənin mənafeyinə zərbə vurmayıb, görünür ki, güclü adamların da nəfsini zədələyib.   

Siravi tacir təbəqəsinin “monopoliya”sında olan bu xırda-para malların idxal və satışını ələ keçirmək şəxsi mənfəətin xalqın cibindən öndə gəldiyinin yekə isbatıdır.    

Xalqa indiki kədərli sosial şəraitdə həftələrlə davam edən ucuz və keyfiyyətli çərəz, meyvə- tərəvəz, ət yarmarkası uzaq olan yerdə, günlərlə uzanan “yolka” yarmarkasındakı “xeyirxah” məqsədlər cildə girmiş biznes acgözlüyüdür...            

MÜƏLLİFİN DİGƏR YAZILARI
Horadiz- Ağbənd dəmir yolunun layihələndirmə işlərinə başlanılıb 18 May 2021, 11:50 Kəpəz dağ silsiləsində Nizami Gəncəvi zirvəsi təsis olunub - VİDEO 18 May 2021, 11:45 Azərbaycanda universitetlərlə bağlı SORĞU keçirilir 18 May 2021, 11:41 Bakıda Formula 1 ilə bağlı tikinti işləri yekunlaşır 18 May 2021, 11:38 Qasparyan Koçaryanın tərəfinə keçdi 18 May 2021, 11:35 Kişinyovda Heydər Əliyevə həsr edilmiş tədbir keçirilib 18 May 2021, 11:29 Ləki-Qəbələ dəmir yolunun turizm üçün əhəmiyyəti nələrdi… 18 May 2021, 11:25 “Sputnik” agentliyi Azərbaycanla bağlı növbəti YALAN YAYDI - FOTOFAKT 18 May 2021, 11:24 İtkin düşən tələbə TAPILDI 18 May 2021, 11:18 Azərbaycanda 5 ulduzlu otellərə tələbat daha çoxdur 18 May 2021, 11:13 Azərbaycanlı jurnalist Ərəb mediasında ermənilərin məscidlərimizi təhqir etməsindən YAZDI 18 May 2021, 11:10 Belarusun müdafiə naziri Bakıya gəldi 18 May 2021, 11:06 Bakı-Qəbələ qatarı istifadəyə tam hazırdı 18 May 2021, 11:00 İşğaldan azad olunan ərazilərdə turizm marşrutları hazırlanır 18 May 2021, 10:54 Sonuncu buraxılış imtahanlarının nəticələri bu tarixdə AÇIQLANACAQ 18 May 2021, 10:48 Xırdalanda vaqon yanır 18 May 2021, 10:43 Azərbaycan ordusu bölgədə sülhün və təhlükəsizliyin qarantıdır 18 May 2021, 10:40 Stress pozuntularının aradan qaldırılması xaricdəki azərbaycanlı mütəxəssislərlə müzakirə edilib 18 May 2021, 10:35 “Mətbuat Dmanisidəki insidentlə bağlı informasiyalara diqqət etməlidir” - "Lider Media”nın rəhbəri 18 May 2021, 10:30 Bakıdan Qəbələyə ilk qatar yola düşdü 18 May 2021, 10:24 Qırğızıstan lideri Putinlə görüş üçün izolyasiya olundu 18 May 2021, 10:18 Bu gün “Avroviziya -2021”də Azərbaycan ifaçısı da ÇIXIŞ EDƏCƏK  18 May 2021, 10:12 Daha Laçının işğal gününü QEYD ETMİRİK - 28 illik həsrətə SON! 18 May 2021, 10:06 PUA-lar kəşfiyyat əməliyyatlarına cəlb olundu - VİDEO 18 May 2021, 10:00 Heydər Əliyev Fondu Goranboyda məktəb tikdirir 18 May 2021, 09:57 İlham Əliyev Co Baydenin müşaviri ilə sərhəd mübahisəsindən danışdı - Rəsmi MƏLUMAT 18 May 2021, 09:53 Saatlı sakini tüfəngini polisə təhvil verdi 18 May 2021, 09:48 Bakıda dizayneri tok vurub öldürdü 18 May 2021, 09:42 Səxavət Məmmədovun qardaşı vəfat etdi 18 May 2021, 09:36 Neft yenidən bahalaşdı 18 May 2021, 09:30 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 18 May 2021, 09:24 Bakıda və Xaçmazda mağaza YANDI 18 May 2021, 09:18 Türkiyədə terrorçular məhv EDİLDİ 18 May 2021, 09:12 “Eurovision-2021”Azərbaycanın səsverməsini onlar elan edəcək 18 May 2021, 09:06 Ərdoğandan Baydenə sərt mesaj - "Ermənilərin tərəfində oldunuz, indi də qanlı əllərinizlə tarix yazırsınız!" 18 May 2021, 09:00