ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri və şəxsi vəkili Alina Habbanın türkiyəli iş adamı Turhan Mildonla evlənməyə hazırlaşdığı bildirilir.
Modern.az xəbər verir ki, The Correspondent nəşrinin dörd mənbəyə istinadən yaydığı məlumata görə, cütlüyün nikahı sentyabrın 26-da planlaşdırılır. Toyun keçiriləcəyi yer açıqlanmayıb. Habba və Mildon xəbərlə bağlı nəşrin sorğusuna cavab verməyiblər.
42 yaşlı Habba 2021–2024-cü illərdə Trampı bir sıra məhkəmə işlərində təmsil edib, daha sonra Ağ Evdə müşavir vəzifəsində çalışıb. O, 2025-ci ildə Nyu-Cersi ştatında federal prokurorluğa rəhbərlik edib. Federal apellyasiya məhkəməsi onun bu vəzifəyə təyinatını qanunsuz saydıqdan sonra Habba həmin ilin dekabrında postundan ayrılıb.
29 yaşlı Turhan Mildon Türkiyədə yerləşən “Miller Holding” şirkətinin baş icraçı direktorudur. Şirkət enerji, tikinti, gəmiçilik və beynəlxalq ticarət sahələrində fəaliyyət göstərir.