28 Dekabr 2016, 10:43 | Ana Səhifə - Yazılar - Cənab Tramp, Anarı zibilə salma!
Cənab Tramp, Anarı zibilə salma!

Mahir Qabiloğlu

 

HAŞİYƏ: Bakı Süd Kombinatında kadrlar şöbəsində işləyirdim. Direktor da Feyzulla Cəlilov adlı bir yaxşı adam idi.  Bir də görürdün ki, daxili telefon aləmi dağıdır. Dəstəyi götürürdüm.

–       Mahir, tez elə, Tükəzbanın, Xoşqədəmin, Gülçöhrənin, Pakizənin, Zərqələmin şəxsi işlərini gətir mənə.

Tez 300 nəfərin içindən dediyi adamların papkasını seçib aparırdım otağına. Deyirdi ki, “şəxsi işlər qoy qalsın. Sən isə get”. Üç-dörd gündən sonra  yenə telefon özünü dağıdırdı. Dəstəyi götürürdüm:

–       Mahir, təcili Allahverdinin, İmamverdinin, Tanrıverdinin, Yarverdinin, Haqverdinin şəxsi işlərini gətir mənə.

Yenə də 296 nəfərin içindən dediyi adamların papkasını seçib aparırdım otağına. Deyirdi ki, “şəxsi işlər qoy qalsın. Sən isə get”. O gün tələb etdiyi şəxsi işləri qaytarırdı özümə ki, “apar”.

Belə hallar ayda 4-5 dəfə təkrar olunurdu. Mən də baş açmırdım ki, direktor niyə belə edir. Günlərin bir günü mənim də tabe olduğum İqtisadiyyat və Kadrlar şöbəsinin rəisi İsmayıl Mahmudoviçdən soruşdum ki, “Ay İsmayıl müəllim, Feyzulla müəllim, axı niyə belə edir? Papkaları beş-beş istəyir”. O da 28 yaşında “Bakmoloko” kimi İstehsalat Birliyinin sədri işləmişdi. Rəhbərlik etmənin sirlərini bilirdi. Mənə izah etdi ki, bəs Feyzullaya bir nəfər haqqında məlumat lazımdır. Amma o beş nəfərin şəxsi işini istəyir . Məhz kiminlə maraqlanmasından sənin duyuq düşməməyinçün.  Birdən gedib bütün kollektivə yayarsan ki, bəs müdir filan işçiylə maraqlanır. Sex rəisi də həmin işçiylə düşülüşər. Anladın?  (SON)

Cənab Donald Tramp, prezidentliyin mübarək!  Uğurlar arzulayıram. Yəqin ki, andiçmə mərasimin çox təmtaraqlı keçəcək. Azərbaycandan da qonaq və ya qonaqlar çağıracaqsan. Xahiş edirəm, bizdən qonaq çağıranda mentalitetimizi nəzərə al.

HAŞİYƏ: İskəndər Həmidov (keçmiş daxili işlər naziri): “Bilirsiniz mənim bədbəxtçiliyim hardan başlandı? Amerikaya – prezident Klintonun inaqurasiya mərasiminə mən dəvət olundum, Amerikadan qayıdandan sonra hərəkat yoldaşlarım elə bildi ki, mən də özümü Amerikaya sata bilərəm, gəlib növbəti prezident ola bilərəm”. (Modern.az saytı. Müsahibədən parça. 13.04.2012)  (SON)

Cənab Tramp, deyəsən qəliz danışdım. Onda bir az xırdalıyım ki, aydın olsun. Yoxsa ki, mənim bu haşiyələrimi, ironiyalarımı açmaq üçün gərək Amerikan-Azərbaycan institutu təsis edəsən. Buna da vaxt gedəcək. İnaqurasiyadan sonra isə dediklərimin heç bir mənası olmayacaq.

Bilirəm ki, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla yaxşı əlaqələriniz var. Yəqin ki, onu inaqurasiyaya dəvət edəcəksən. Xahiş edirəm, Azərbaycandan dəvət olunanların sayını beş nəfər elə: Anar Rzayev (AYB sədri), Anar Nağılbaz (repçi), Anar Turan (“Xalq qəzeti”nin müxbiri), Anar Məmmədov (Ziya Məmmədovun oğlu) və Mahir Qabiloğlu (azad sənətkar). Qoy heç kim ayırd edə bilməsin ki, bu ANARLARDAN hansı sənə yaxındır. Ara yerdə Anar Məmmədovu zibilə salma. O cümlədən...  Necə ki, nəvaxtsa Klinton müəllim nazir İsgəndər Həmidovu zibilə salmışdı. 

İndi soruşacaqsan ki, “ay azad sənətkar, sənin adın axı Anar deyil, Mahirdir. Sən özünü bu siyahıya niyə salmısan ki?” Həəə, yəqin sən o lətifəni eşitməmisən.

Deməli, bir yaşlı ər-arvad gecə yatıblarmış. Birdən Əzrayıl peyda olur və qadını yuxudan ayıldır. Soruşur:

–       Ey qadın, gəlmişəm sənin canını almağa. Adın nədir?

–       Xədicə. – deyə qadın qorxa-qorxa cavab verir.

Əzrayıl bir an duruxur. Kövrəlir.

–       Yox, səni apara bilmərəm. Sənin adın müqəddəs addır. Yaşa hələ. Amma əliboş da qayıda bilmərəm. – deyib Əzrayıl yatağın o biri tərəfinə keçir. Başlayır kişini dümsükləməyə. Demə kişi bunların söhbətini eşidirmiş. – Ay kişi, sənin adın nədir?

–       Mənim adım Əhməddir, – deyə kişi qorxa-qorxa cavab verir, ardınca da əlavə edir: – Amma, xalq arasında mənə Xədicə deyirlər.

İndi lətifəsi mənə yaxın... Cənab Tramp, sizin inaqurasiyada iştirak etmək üçün 5-6 günlük Anar olmağa dəyər. Dəvətə görə əvvəlcədən təşəkkür. Görüşənədək.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Elnur Əşrəfoğlunun vəziyyəti AĞIRDIR 24 Sentyabr 2021, 13:39 “Atamın məzarını ziyarət edəndə ona əsgəri salam verdim” - İlham Əliyev 24 Sentyabr 2021, 13:37 Hər kəs övladının əyani dərslərdə iştirakını təmin etməlidir - Nazirlik 24 Sentyabr 2021, 13:26 İlham Əliyev şuşalıların öz evlərinə qayıdacağı tarixi AÇIQLADI 24 Sentyabr 2021, 13:20 Şənbə gününün havası - Külək əsəcək, yağış yağacaq 24 Sentyabr 2021, 13:15 Qazinin pulunu və medalını oğurlayan şəxs tutuldu 24 Sentyabr 2021, 13:10 Qafqaz ölkələrini birləşdirəcək şərab marşrutu hazırlandı 24 Sentyabr 2021, 13:06 Şuşanı azad edəndən sonra Putin mənə zəng vurdu... - İlham Əliyev 24 Sentyabr 2021, 13:02 COVID-19 və qlobal siyasət: pandemiyadan sonra dünya necə görünəcək? 24 Sentyabr 2021, 12:58 Sentyabrın bütün ödənişləri KÖÇÜRÜLDÜ 24 Sentyabr 2021, 12:54 Kiyevdə Azərbaycan və Qırğızıstan diasporlarının görüşü keçirilib 24 Sentyabr 2021, 12:50 Nərimanovda şəhid ailələri ziyarət edilib 24 Sentyabr 2021, 12:45 Tuğda şərab zavodu bərpa olunacaq - Yeni mərkəzlər yaradılır 24 Sentyabr 2021, 12:40 İlham Əliyev: “Döyüş əməliyyatlarının planı çoxdan hazırlanırdı” - MÜSAHİBƏ 24 Sentyabr 2021, 12:34 Gəncə Dövlət Universitetin idarə heyəti toplandı 24 Sentyabr 2021, 12:30 Almaniyanın yeni kansleri kim olacaq? 24 Sentyabr 2021, 12:27 Dövlət Komitəsinin əməkdaşları Qroznıya səfər ediblər 24 Sentyabr 2021, 12:22 Texnoloji ixtisaslar üzrə tələbə qəbulu 75 faiz artırılıb - Nazir müavini 24 Sentyabr 2021, 12:16 Prezident şəxsi xüsusiyyətlərindən danışdı: “Prinsipcə, sakit insanam” 24 Sentyabr 2021, 12:10 ADU-da şəhid Ülvi Bünyadzadə anılıb - FOTOLAR 24 Sentyabr 2021, 12:05 İlham Əliyev İraqın neft nazirini qəbul edib 24 Sentyabr 2021, 12:00 “Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə davam edərsə...” – Prezident 24 Sentyabr 2021, 11:56 Prezident XTQ-nin fəaliyyətini yüksək qiymətləndirdi 24 Sentyabr 2021, 11:52 Yuxarı Qarabağ kanalında bir nəfər batıb 24 Sentyabr 2021, 11:48 Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun tikintisindən FOTOLAR 24 Sentyabr 2021, 11:44 Bu tarixədək Azərbaycan internetlə tam təmin olunacaq 24 Sentyabr 2021, 11:38 MRT və KT müayinələri üçün əks göstərişlər AÇIQLANDI 24 Sentyabr 2021, 11:35 Sentyabrda temperatur normadan yüksək olub 24 Sentyabr 2021, 11:34 Nazir azad edilmiş ərazilərdə kənd təsərrüfatının potensialından DANIŞDI 24 Sentyabr 2021, 11:30 Ağsaqqallar Şurasından Tahir Süleymanova ad günü təbriki 24 Sentyabr 2021, 11:30 Borcunu qaytarmaq istəməyən soydaşımızdan qandonduran QƏTL 24 Sentyabr 2021, 11:26 Milli Məclisdə narkomaniya ilə bağlı dinləmə keçiriləcək 24 Sentyabr 2021, 11:25 İxtisaslı işçilərin sayı çox azdır - Nazir 24 Sentyabr 2021, 11:22 Səyyad Əlizadənin son DURUMU 24 Sentyabr 2021, 11:19 Eldar Həsənov yenidən məhkəmə qarşısında 24 Sentyabr 2021, 11:16
SORĞU Hansı vaksinə etibar edirsiniz?