Modern.az

Zəngəzurda saxlanılan Azərbaycan hərbçisi İrəvana aparıldı

Zəngəzurda saxlanılan Azərbaycan hərbçisi İrəvana aparıldı

Hadisə

5 Oktyabr 2026, 21:16

Azərbaycan hərbçisi Nəsimi Musayev Zəngəzurun Şəki kəndində saxlanıldıqdan sonrakı gecə Sisian xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə köçürülüb.

Modern.az-ın xəbərinə görə, “Sputnik Ermənistan” bu məlumatı öz mənbələrindən əldə etdiyini yazır.

Nəsiminin hansı tibb müəssisəsində olduğu və vəziyyəti barədə müvafiq dövlət qurumları şərh vermirlər.

Qeyd edək ki, naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İrandan müharibə ANONSU: Dəhşətli hücum başlayır?