Rusiyanın Nijni Novqorod şəhərində yük maşınında iki qadının parçalanmış meyiti tapılıb.
Modern.az yerli mediaya istinadla xəbər verir ki, dəhşətli tapıntını avtomobil müfəttişləri Bor körpüsünün yaxınlığında aşkar ediblər. Onlar “Qazel” markalı avtomobili saxlayıblar. Sənədlərin yoxlanılması zamanı sərnişin qəfil avtomobildən düşərək qaçmağa başlayıb.
Avtomobilin içərisində isə iki meyit aşkarlanıb. İlkin ehtimala görə, meyitlərdən biri yaşlı qadına, digəri isə 18 yaşlı qıza məxsusdur. Sürücü bildirib ki, o, sadəcə yükdaşıma xidməti göstərirmiş. Onu sərnişinin sifarişini yerinə yetirib və yük yerində nə olduğunu bilmirmiş.
Hadisə ilə bağlı araşdırma başlanıb.