Çində dilənçilik kişi hesabında 63 min dollar olduğunu aşkar edib.
Modern.az xəbər verir ki, təxminən 30 il əvvəl Ju soyadlı kişi dövlət müəssisəsində işləyib. 2000-ci illərin əvvəllərində işdən çıxarıldıqdan sonra aldığı təzminatı qısa müddətdə xərcləyərək, borca düşüb və son 21 il ərzində tullantıların, təkrar emal olunan materialların toplanması ilə dolanıb.
2024-cü ilin qışında sosial xidmət əməkdaşları onu Çandede şəhərində tərk edilmiş binada tapıblar. Kişi əvvəlcə sığınacağa köçməkdən imtina edib, lakin sonradan razılaşaaq, sənədlərini təqdim edib.
Məmurlar həmin vaxt müəyyən ediblər ki, Ju hələ 2015-ci ildə pensiya yaşına çatıb və ayda təxminən 550 dollar pensiya almaq hüququna malik olub. On il ərzində tələb olunmayan pensiya ödənişlərinin məbləği 60 min dollardan çox yığılıb.
Pulunun olduğu bank kartını aldıqdan sonra kişi göz yaşlarına hakim ola bilməyib.
“Belə bir şeyin baş verəcəyini heç vaxt gözləmirdim”, — deyə o bildirib.
İndi Ju Çandedə mənzil kirayələməyi və doğma Çjucjou şəhərinə getməyi planlaşdırır. Məmurlar həmçinin onu dələduzlar barədə xəbərdar edib və yığdığı pulları ehtiyatla xərcləməyi tövsiyə ediblər.
