27 Yanvar 2017, 17:29 | Ana Səhifə - Yazılar - Millətin qaçqın dərdi
Millətin qaçqın dərdi

Məhsəti Şərif


Bir neçə gündür məcburi köçkünlərlə baglı müxtəlif fikirlərə rastlaşıram. Məcburi köçkünlərin komunal xərcləri, maddi durumları ciddi müzakirə mövzusu olub. Sanki kimlərsə bilərəkdən belə bir müzakirə atıb ortalığa. Mən millət vəkillərindən heç nə gözləmirəm. Onlar millətə vəkillik etməkdən başqa, hər işlə məşğuldurlar. Yəni danışmaq lazımdı. Ölkədəki bahalaşmadan, insanların sosial problemlərindən, işsizlikdən danışmaq cəsarət istədiyi üçün köçkünləri müzakirə etmək daha rahatdır. Amma sıradan vətəndaşların dərdi nədi, onu anlamıram.

Tutaq dövlət məcburi köçkünlərin komunal xərclərin ödəyir. Sizi narahat edən nədir? Dövlət xərci ödəməsə, pulu sizə bağışalayacaq? Yeni iş yerimi açacaq? Məncə yox! O vəsait yenə də hansısa məmurların cibinə axacaq, məmurun evi olacaq, əlavə maşını olacaq, övladları sənə hava atacaq...

İndi gələk məcburi köçkün məsələsinə. Evi, torpağı, illərlə zəhmət çəkib disi-dırnağı ilə qurduğu düzəni erməni tapdağı altında qalan həmvətənlərinizə bu aqresiya nədəndi? Məcbiri köçkün olmaq o demək deyil ki, əl açıb dilənməlidir. O qaçqın, köçkün dediyiniz insanlar işğal olunmuş Azərbaycan torpaqlarından gəliblər. Gəldikləri yerdə işləri, məsləkləri vardı. Yəni maddi durumu yaxşı olan da vardı, olmayan da. Kimiləri o durumundan istifadə edib Bakıda və digər bölgələrdə düzənini qurdu, kimlərsə də dövlətə möhtac qaldı, uçuq-sökük,  siçanların cövlan etdiyi yataqxanalarda yaşadı, öldü, doğuldu, ailə qurdu.

Öz evi, şəraiti olan insanların gəlib yataqxanada eyni mətbəxdə yemək bişirmələrinin, bir tualetə getmək üçün saatlarla sırada gözləmək nə odugunu bilməyənlər danışmasın! Hər seyini işğalda itirmişlər əllərində olub-qalan pulları da məhz məmurların yaratdığı qondarma banklarda batırdı. Yeni nəsli deyə bilmərəm, amma yaşlı nəslin ölərkən gözlərindəki həsrəti mən bilirəm. Mənim 70 yaşlı babam ölənə qədər cibində işgalda qalan evinin açarını daşıdı. Bir gün evinin qapısını paslanmış o açarla açacaq deyə, hər kəsə ümid dolu sözlər dedi. Ağır xəstə yatağında yatanda o açarı övladına verdi və itirməməsini tapşırdı.

Bu acıları yaşamayan, bəsit düşünən insanlar belə bir ayrımcılığı edərək çox ağır tendensiya yaradır. İndi hansısa vətəndaşın, deputatın köçkünün cibini hesablaması cox gülünc və utancvericidir.
Biz alışmışıq deputatların millətə məsləhət verməsinə, bu, dəb halını alıb. Hadi Rəcəbli hardan bilsin ki, köçkün soyuqda nələr çəkib. Deyim bilər bəlkə... 1993 cü ildə torpağımız yeni işğal olunmuşdu. Qalmağa yerimiz yox idi. Qohum evində nə qədər yaşamaq olardı? Yeni tikilmiş binanın qapısı-pəncərəsi olmayan otağına yiğışıb oturmuşduq. Pəncərələri də əlimizə gələn karton parçaları ilə bağlamışdıq. Külək içimizdən keçirdi. Sonra bir gecə polis, əsgər gəlib bizi avtobusa yığıb yataqxanaya apardı. Artıq qış idi. Nə qaz vardı, nə işıq. İşıq vardı, amma çox zəif idi. Elektirik peçi taxırdıq işıqlar sönürdü. “Evin” içində paltoyla otururduq. Yadımdadı, gecə yatağa əynimizdəki əsgər buşlatını soyunmadan giridik. Boğazımızda da şərf, əlimizdə əlcək. Yatağın içində hərəkət etmədən uzanırdıq. Pəncərimizi açmağa halımız belə, yox idi. Necə demişdi vəkilimiz, bax eləcə yorğanımızı ayağımıza görə uzadırdıq. Yorğan demişkən, nəmdən yorğanımız su içindəydi.

Bir il sonra elə yataqxanada kartondan məktəb düzəltdilər. Uşaqlar dona-dona o karton məktəbə getdilər. Bu arada şəhər məktəbinə gedən uşaqlara “qaçqın, qaçqın” deyə, lağ edirdilər. Sonra o il o karton məktəbin məzunları bir nəfər kimi universitetə daxil oldular. Yəni indi məsxərə etdiyiniz məcburu köçkünlər hər əziyyəti yaşayıb. İllərlə vaqonda, çadırda yaşayanların əziyyətin demirəm...


Təbii, siz də haqlısınız, köçkünlük 1 il, 2 il olar. 25 il qaçqınmı olur? İndi bir zəhmət müharibəyə başlayın,  torpaqları işğaldan azad edin, minalardan təmizləyin, göndərin köçkünləri evinə. Köçkünlərə binalar tikib şərait yaratdığına görə artıq nə qaçqın var, nə köçkün... Enerjinizi atmaq, dava edib arsenal istəyirsinizsə, o zaman ermənilərin qaydışına sərf edin. Bəh-bəhlə Bakıya yerləşdirilən ermənilərə etiraz edin. Gözümüzə soxduqları ermənilərin ölkəmizdən rədd olub getmələrini tələb edin.Köçkünlər sizin mədənizə bu qədər oturubsa, o zaman torpaqların işğaldan azad olmasını tələb edin, cənab deputatlar!

Erməni əsirliyində olanları tələb edin! Tələb edəcək o qədər çox şey var ki... Amma artıq belə iyrənc söhbətlərlə onsuz da yerlərdə olan imicinizi yıxıb-sürüməyin. Arada bir seçiçinizlə görüşün. Bəlkə dərdləri var... Sonra seçki qutusunda çıxmazsanız, “xalqa nə etdik” deyə, düşünməyin...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Prezidentin köməkçisi helikopterin qəzaya uğramasından DANIŞDI 2 Dekabr 2021, 13:14 ATƏT xarici işlər nazirlərinin iclası başladı 2 Dekabr 2021, 13:09 Fuad Muradov Britaniyada səfərdədir 2 Dekabr 2021, 13:04 Bu dövlət qurumlarına yeni səlahiyyət VERİLDİ 2 Dekabr 2021, 13:00 AFFA millinin baş məşqçisi De Byazi barədə QƏRAR VERDİ 2 Dekabr 2021, 12:54 Son 1 həftədə yol qəzalarında 14 nəfər ölüb 2 Dekabr 2021, 12:48 Rusiyada 1221 nəfər virus qurbanı oldu 2 Dekabr 2021, 12:43 Qarabağın azad olunması hər kəsdə özünəinam yaratdı - Nobel mükafatçısı 2 Dekabr 2021, 12:38 “Walt Disney”ə ilk dəfə qadın rəhbərlik edəcək 2 Dekabr 2021, 12:34 Belarus və Rusiya Ukrayna sərhədində təlimlər keçirəcək 2 Dekabr 2021, 12:31 İlham Əliyev ərəb Şeyxini TƏBRİK ETDİ 2 Dekabr 2021, 12:27 Noyabrda 9 nəfər mina qurbanı olub - FAKTLAR 2 Dekabr 2021, 12:25 Sabahın hava proqnozu 2 Dekabr 2021, 12:20 Metroda telefon oğurladı - TUTULDU 2 Dekabr 2021, 12:16 İcra hakimiyyətlərinin ləğvi gündəmdə - Cəmi 14 regional icra başçısı ola bilər - SİYAHI 2 Dekabr 2021, 12:11 İcra başçısı şəhidin evində 2 Dekabr 2021, 12:07 Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri  2 Dekabr 2021, 12:03 Saakaşvilinin məhkəməsi keçirilir 2 Dekabr 2021, 12:00 Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı 2 Dekabr 2021, 11:57 Hikmət Hacıyev: “Azərbaycan bölgənin geosiyasi mənzərəsini dəyişdi” 2 Dekabr 2021, 11:53 ABŞ Dövlət katibi Lavrovla görüşəcək 2 Dekabr 2021, 11:50 2022-ci ilin bayram GÜNLƏRİ açıqlandı 2 Dekabr 2021, 11:45 Üçtərəfli işçi qrup yenidən görüşəcək 2 Dekabr 2021, 11:40 Ermənistandan qənimət götürdüyümüz texnikalar ordumuzun istifadəsinə verilib 2 Dekabr 2021, 11:34 Distant təhsil real təhsili əvəz edə bilmir - Nazirdən etiraf 2 Dekabr 2021, 11:28 Ermənistanda YOLUXMA 2 Dekabr 2021, 11:22 Şəhid pilot Beyləqanda dəfn edilir - FOTO 2 Dekabr 2021, 11:18 30 il UNESCO-dan rəy gözlədik - Prezidentin köməkçisi 2 Dekabr 2021, 11:13 Kamran Əliyev Ukraynadadı 2 Dekabr 2021, 11:10 Türkiyədə 6 PKK-çı saxlanıldı 2 Dekabr 2021, 11:08 Bakıda Tərəfdaşlar Forumu keçirilir 2 Dekabr 2021, 11:05 Piyadanı vuran avtomobil “AA” seriyalı deyil – RƏSMİ 2 Dekabr 2021, 11:02 Mətbuat Şurası jurnalistə güc tətbiq edən DSX mayoru ilə bağlı BƏYANAT YAYDI 2 Dekabr 2021, 11:00 “Azəriqaz”da jurnalistlər üçün “Açıq qapı” 2 Dekabr 2021, 10:57 Rəsmilər Laçında ağac əkdilər - FOTO 2 Dekabr 2021, 10:57
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?