7 Fevral 2017, 12:40 | Ana Səhifə - Yazılar - Ölümü yenən aparıcının savab missiyası
Ölümü yenən aparıcının savab missiyası

Vəfa Allahverdiyeva     

 

Sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində nümayiş etdirilən şəxsi fotolardan, hansısa mövzuya ikiçümləlik bəhsəbəhs statuslardan tutmuş, geniş müsahibələrə, irihəcmli filmlərə, uzun-uzadı seriallara qədər-hamısında piar xarakteri tapmaq mümkündür və bunların heç də hamısı  cəmiyyət üçün faydalı deyil; əksinə pis təsirlər, neqativ örnəklər də yaradır.

Lakin neçə vaxtdır, bir televiziya aparıcısının müəyyən fasilələrlə gah öz videosunu, gah müxtəlif formalarda şəkillərini, gah da duyğusal, mətanətli düşüncələrini ictimai rəylə paylaşması elə  gərəkli, elə diqqətçəkici piardır ki, nə məhz özünü reklam səciyyəsi daşıyır, nə lovğalıqdır, nə də bezdirici bir təkrarçılıq. Sadəcə, ortada həkimdən yaxşı həkim, psixoloqdan əla psixoloq  gerçəyi, ümumiyyətlə, bir savab missiyası var.

Çünki heç bir tibb uzmanı, onkoloq-cərrah qarşısındakı pasiyentini mənəvi-psixoloji böhrandan  çıxarmaqda bacarıq və köməyini onun qədər ürəklə, həm də  inandırıcı tərzdə  ortaya qoymağa, üstəlik heç bir xəstə öz gözəl təcrübəsini bütün komplekslərdən uzaq,  cəmiyyətlə bu şəkildə açıq-açığına  bölüşməyə  qabil deyil.

Hətta bir neçə gün öncə Türkiyədə xəstəxana açılışında xərçəngdən xilas düsturunu siqaretsiz, içkisiz həyat tərzində təklif edən prezident Rəcəb Tayyib Ərdoğanın topluma bir az təpingən, müdrik mövqeyi də həmkarımız Zümrüd Qasımovanın müxtəlif metodlarla insanlara keçdiyi xərçənglə mübarizə, nikbinlik dərslərinin yanında aciz qalır.

Üzərinə xüsusi vurğu saldığımız bu örnək burnumuzun ucuna soxulan xarici kəşfiyyat maraqlarının, yəni xərçəngin süni yolla yayılmasının ciddi jurnalist araşdırmalarında iddia edilən qorxulu ehtimalları qarşısında isə yüngülcə bir təsəlliyə çevrilir.
 

Bu forslu, zövqlü aparıcının pozitiv enerjisi, adətən ayağına bir daş dəyməyən, can ağrılarından uzaq,  uğurlar bolluğunda üzən, hər cəhətdən yarımış bir qadının, fərdin sahib olduğu nikbinlikdən qidalanan xoş  auradır. 

Halbuki xərçəng öz qəddarlığı, fobiyası, zəhmi ilə şikarına çevirdiyi insanın birinci mənəvi gücünü məhv edir. Psixoloji durumunu zədələyir, nə baş verdiyinin detallarına gedilmədən onun içindəki həyat eşqini anındaca  öldürür.  Zümrüd istisna olmaqla.     
   

Cəmiyyətin populyar fərdinə çevrilmək arzuları hərəyə görə müxtəlif metodlarla gerçəklik qazanır: biri böyük səhnələrə soyunmaqla, kosmetik məhsulların hesabına gözəlləşən süni çöhrəsi ilə  yol tapır. Digəri xəstəlikdən tökülmüş saçları, solmuş üzü ilə tanınmışlar kateqorisində yer alır.

Birincilərin populyarlıq üslubunda bir çirkinlik, daim qüvvədə olan ictimai qınaq, tənqid, ikincinin məhşurluq səbəbində isə böyüklük, savab, alternativi olmayan bir örnək, depressiyadan xilas  nümunəsi  daşınır.

Aparıcılıqdakı vacib-  gözəl və qamətli olmaq şərtləri insanın yetənəyi, unikal keyfiyyətləri, mətanəti, əzazil bir mərəzlə mücadilədə başarılı olması,  xəstəliyə ölüm qapısına yaxınlaşma rüsxətini verməmək, onu yenə bilmək gücü ilə çulğalaşanda,  bu, o aparıcını daha cazibədar, daha xarizmatik bir imiclə təqdim edir. Zümrüdü təqdim etdiyi kimi.      

Yaraşıqlı bir qadının köksündə kədərli fizioloji dəyişiklik baş verir, gözəlliyin birinci səbəbi zülf tamamən tökülür, qamət əyilir, bədən cılızlaşır-eybəcərləşmə gerçəyi meydana çıxırsa və bunca dəhşətli mənzərədə gənc xanım dimdik ayaqda durmağı bacarır-ağlamaq əvəzinə ucadan gülürsə, səssizliyə çəkilmək əvəzinə rəqs edir, gözəl libaslar axtarışına çıxırsa, ana olmaq şansını itirdiyini bilə-bilə özünü də,  həyat yoldaşını da ayaqda həyat eşqli tutmağı bacarırsa, bu, o insanın ismi qarşısına bütün titullardan, ən yaxşı epitetlərdən də gözəl və uğurlu təyinlər gətirib qoyur.   

Hələ üstəlik, bir başqasının onkoloji xəstəliyin zahiri fəsadını-eybəcərləşməni hamıdan gizli saxlamaq instinktiv duyğusu ilə müqayisədə Zümrüdün videolarının, şəkillərinin, mətanətli düşüncələrinin könüllü sosial çarx rolunda çıxış etməsi sevgi və hörmətə layiq  bir hərəkət səviyyəsinə qalxır. Çünki Səhiyyə Nazirliyinin ağlına gəlmədiyi belə bir çarxın zəruriliyini o, öz nümunəsində milyonların əhvalına ən təsirli ilac kimi təqdim edir. 

Estetik gözəlliyi məhv edən xəstəliyin acı nəticələrini  özündə əbədilik saxlayan fotoları, videoları palaz altında qoruyub saxlamalıykən, mübarizə üsulunu cəmiyyətdən məxfi saxlamağı bacarmır. Bunun tərtəmiz adı xeyirxahlıqdır.

Ən qəddar xəstəliklə mübarizə aparmağı bacarmaq, nikbinlik kimi təmənnasız seanslar, bəlkə də taledən həyatdolu bu xanımın üzərinə qoyulan bir savab missiyasıdır.

Xərçəng bəlasına mübtəla olan və bundan sığortalanmayan insanları dimdik dayanmağa, pozitiv ovqata, ölümü vicuddan qovmağa cərrah bıçağından və zəkasından da iti olan optimizmə kökləmək üçün.

Elə bu baxımdan onun mütəmadi təqdim etdiyi videolar, fotolar, xəstəliyi nöqtəbənöqtə, dəfələrlə anladan çıxışları şəxsi arxivlərə layiq nümunə, qiymətli  dərman, qısası  vacib tibbi bilgi və  sənəd statusu daşıya bilər...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Pakistandan yeni PUA təqdimatı   3 Dekabr 2021, 23:36 ABŞ-da abort qadağan edilə bilər 3 Dekabr 2021, 23:14 Daha bir ölkədə "Omicron" aşkarlandı 3 Dekabr 2021, 22:56 İki begemot koronavirusa yoluxdu 3 Dekabr 2021, 22:37 Aİ-dən Ukraynaya daha 1,4 milyon avro yardım 3 Dekabr 2021, 22:14 İraqdan “Bayraktar TB2” üçün 100 milyon dollar 3 Dekabr 2021, 22:01 Gürcüstanda azərbaycanlıların kəndində silahlı insident 3 Dekabr 2021, 21:51 BƏƏ Fransadan qırıcı və helikopter alır 3 Dekabr 2021, 21:28 “Qaraheybət” şəhidlərinin ailələrinə bu ödənişlər veriləcək 3 Dekabr 2021, 21:16 Yasamalda binada yanğın - Ölən var 3 Dekabr 2021, 20:52 Azərbaycanda vaksinə xərclənən vəsait 500 MİLYONA ÇATIR 3 Dekabr 2021, 20:37 Heydər Əliyev Fondu ilə UNICEF arasında  memorandum 3 Dekabr 2021, 20:32 Ərdoğan və Putin Soçi görüşünü müzakirə etdi - YENİLƏNİB 3 Dekabr 2021, 20:21 Göyçayın baş həkimi işdən ÇIXARILDI 3 Dekabr 2021, 20:09 Nazirliyin təklifilə bağlı qərar 3 Dekabr 2021, 19:59 Türkiyə ordusu şəhid VERDİ 3 Dekabr 2021, 19:31 Merkel bu tarixdə siyasətdən GEDİR 3 Dekabr 2021, 19:17 "Omicron" aşkarlanan ölkələrin SAYI 3 Dekabr 2021, 19:09 Bakıda 18 yaşlı qızı intihara məcbur edən şəxs HƏBS EDİLDİ 3 Dekabr 2021, 19:00 Türkiyə və Azərbaycan pilotları təlimdə - VİDEO 3 Dekabr 2021, 18:52 Son sutkanın vaksin STATİSTİKASI   3 Dekabr 2021, 18:45 Yoluxma sayı açıqlandı: 24 ölüm baş verdi 3 Dekabr 2021, 18:38 Vilayət Eyvazov əməkdaşlarına TƏLƏB QOYDU 3 Dekabr 2021, 18:30 Xəzərdə cəsəd qalıqları tapıldı 3 Dekabr 2021, 18:22 125 yaşlı Sona nənə dünyasını DƏYİŞDİ 3 Dekabr 2021, 18:15 Məşhur Xalq artisti vəfat etdi 3 Dekabr 2021, 18:08 BMU-dan əlil sahibkarlara dəstək 3 Dekabr 2021, 18:00 Oxçuçayla bağlı tədqiqat qrupu yaradılır 3 Dekabr 2021, 17:55 "Omicron" Braziliyada da AŞKARLANDI 3 Dekabr 2021, 17:50 Qazaxıstan Atom Elektrik Stansiyası tikəcək - Nazarbayev 3 Dekabr 2021, 17:45 Azərbaycanlı şərqşünasın Mehriban Əliyeva haqqında məqaləsi ərəb KİV-lərində gündəm olub 3 Dekabr 2021, 17:40 Nazir ATƏT-in baş katibi ilə üçtərəfli bəyanatları müzakirə etdi 3 Dekabr 2021, 17:34 Jurnalistlər “Azəriqaz”da - FOTO 3 Dekabr 2021, 17:30 Dollar yeni həftəyə belə başlayacaq 3 Dekabr 2021, 17:25 Marallarda koronavirus aşkarlandı 3 Dekabr 2021, 17:20
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?