Modern.az

Müxalifət Prezidentin vəzifədən uzaqlaşdırılmasını istəyir

Müxalifət Prezidentin vəzifədən uzaqlaşdırılmasını istəyir

Aktual

Bu gün, 14:14

Moldovada müxalif deputatlar Prezident Maya Sandunun vəzifədən uzaqlaşdırılması proseduruna başlamaq üçün təşəbbüs irəli sürüblər.

Modern.az xəbər verir ki, təşəbbüsü parlamentin 46 deputatı dəstəkləyib. Müxalifətin açıqlamasına görə, sənədin təqdim edilməsi üçün tələb olunan minimum 34 imzadır.

Növbəti mərhələdə parlamentin Daimi Bürosu məsələnin plenar iclasda müzakirə tarixini müəyyən etməlidir.

Müxalifət Sandunu Konstitusiyanı pozmaqda, məhkəmə və prokurorluğun işinə müdaxilə etməkdə, digər hakimiyyət qollarının səlahiyyətlərini mənimsəməkdə ittiham edir.

Təşəbbüsün irəli sürülməsi Sandunun vəzifədən uzaqlaşdırıldığı anlamına gəlmir. Məsələnin sonrakı mərhələyə keçməsi üçün parlamentdə daha çox səs tələb olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?