Modern.az

Türkiyədə məktəbdə daha bir insident - ölən var

Türkiyədə məktəbdə daha bir insident - ölən var

Dünya

Bu gün, 14:07

Türkiyənin Osmaniyə vilayətində sentyabrın 28-də orta məktəbin həyətində silahlı hücum baş verib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində məktəbin müəllimi həyatını itirib.

Hadisə Türkiyədə məktəblərin təhlükəsizliyi ilə bağlı narahatlıqların yenidən gündəmə gəlməsinə səbəb olub.

Baş verənlər şagird və müəllimlərin təhlükəsizliyi, eləcə də təhsil müəssisələrinin ətrafında asayişin qorunması məsələlərini yenidən diqqət mərkəzinə gətirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?