Modern.az

Hərbi Doktrina payız sessiyasında müzakirə oluna bilər

Hərbi Doktrina payız sessiyasında müzakirə oluna bilər

8 Sentyabr 2009, 18:54

“Hərbi Doktrina çox ciddi və məsuiliyyətli bir sənəddir. Qəbul edildikdən sonra onun üzərində tez-tez dəyişikliklər edilməsi, əlavələr olunması məqbul deyil. Ölkənin hərbi siyasətlə bağlı bütün istəkləri nəzərə alınandan sonra bu sənəd müzakirəyə çıxarılmalıdır”. Bunu Modern.az-a Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, prinsipcə, ölkənin hərbi siyasəti mövcuddur: “Bu, ölkənin ərazi bütövlüyünü qoruyan ordunun formalaşdırılması və daim yüksək səviyyədə saxlanılması, torpaqların işğaldan azad eidlməsi üçün hərbi əməliyyatlara hazır olması, ordunun yüksək  hərbi texnika ilə təchiz edilməsidir, hərbi əməkdaşlıq və sair məsələlərdir. Ancaq bir daha qeyd edirəm ki, sənəd hazır olan kimi bizə təqdim ediləcək və parlament də onu müzakirədən keçirərək qəbul edəcək. Payız sessiyasında bu sənədin müzakirəsi gözləniləndir”.
Hərbi Doktrinanın müzakirəsinin uzadılmasının səbəbinə gəlncə, deputat bildirib ki, Azərbaycanın hərbi siyasət prinsipləri çoxdan məlumdur: “Bu, Konstitusiyamızda, hərbi qanunvericiliyimizdə, ən əsası, Prezident İlham Əliyevin apardığı siyasətdə kifayət qədər dəqiqdir: “Eyni zamanda, hərbi siyasətimiz heç zaman qonşu dövlətlərin narazılığına səbəb olmayıb. Bu sənədin üzərində bu qədər işlənilməsinə yeganə səbəb odur ki, o, tam, dəqiq və mükəmməl olsun. Bəzi ölkələrin təcrübəsi göstərdi ki, tələsik və yaxud bütün nüanslar nəzərə alınmadan hazırlanan hərbi doktrinalara sonradan vaxtaşırı dəyişikliklər etmək zərurəti yaranır. Hərbi Doktrinanın çox ciddi və sanballı bir sənəd olması üçün onun üzərində işlər davam etdirilir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...