Modern.az

Yerevanda Azərbaycanın himni səsləndi

Yerevanda Azərbaycanın himni səsləndi

13 Sentyabr 2009, 18:25
Ermənistanın paytaxtı Yerevanda keçirilən cüdo üzrə gənclər arasında Avropa Çempionatında Azərbaycanın himni səslənib, bayrağı dalğalanıb. Cüdoçumuz Elmar Qasımov finalda çexiyalı Lukaş Krpaleki məğlub edərək qızıl medala sahib olub. İdmançımız  qələbəsini Qarabağ şəhidlərinin ruhuna həsr etdiyini  bildirib.
Beləliklə, Yerevana gedən 5 cüdoçumuz elə 5 medalla vətənə dönüb. Onlardan biri qızıl, biri gümüş, digərləri isə bürünc medal qazanıblar.
Qeyd edək ki, yarışda 81 kq çəki dərəcəsində mübarizə aparan həmvətənimiz Ramin Qurbanov büünc medal uğrunda mübarizədə ukraynalı Aleksandr Derkaçı məğlub etmişdi. Yarışın ilk günündə tatami üzərinə çıxan İlqar Muşkiyev gümüş, Fəqan Eminoğlu və Rasim Əsədullayev isə bürünc medala layiq görülüb.
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi