Modern.az

Zəbt olunmuş səkiyə görə yola çıxmaq məcburiyyətində qalırlar - GÖRÜNTÜ

Zəbt olunmuş səkiyə görə yola çıxmaq məcburiyyətində qalırlar - GÖRÜNTÜ

Aktual

Bu gün, 11:42

Avtomobillər piyada səkisini zəbt edib. Sakinlər də yol çıxmaqla özlərini təhlükəyə atırlar.

Modern.az xəbər verir ki, Abşeronun Xırdalan şəhərində piyadalar üçün təhlükəli vəziyyət yaranıb.

Ərazidə dayanma və durmanı qadağan edən yol nişanı olsa da, bəzi sürücülər buna məhəl qoymur, avtomobili birbaşa piyada səkisində saxlayırlar. Nəticədə ddə piyadalar, o cümlədən yaşlılar və uşaqlar sürətli hərəkət edən avtomobillərin olduğu yola çıxmaq məcburiyyətində qalırlar.

Sakinlər bildirirlər ki, bu vəziyyət insanların həyatı üçün ciddi təhlükə yaradır və ərazidə yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Məsələ ilə bağlı Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsindən "Xəzər Xəbər"ə bildirilədi ki, hazırda həmin ərazidə Dövlət Su Ehtiyatları Agentliyi kanalizasiya xətlərinin çəkilişi ilə bağlı işlər aparır. Bu səbəbdən magistral yol bağlanıb və ərazidə xidmətin tam şəkildə həyata keçirilməməsi bəzi nöqsanların yaranmasına səbəb olub. Aidiyyəti qurum təmir və tikinti işlərini başa çatdırdıqdan və yol hərəkət üçün açıldıqdan sonra yol polisi əməkdaşlarının həmin ərazidə xidməti tam bərpa olunacaq.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi