Modern.az

İranda ticarət gəmisi vuruldu - ABŞ günahlandırıldı

İranda ticarət gəmisi vuruldu - ABŞ günahlandırıldı

Dünya

13 Sentyabr 2026, 09:36

İranın Hörmüzqan əyalətinin Qeşm şəhəri yaxınlığında ticarət gəmisinə hücum edilib.

Modern.az xəbər verir ki, hadisə səhər saat 05:00 radələrində Hengam adası ilə Qeşm adasının Şib-Deraz sahili arasındakı sularda baş verib.

Qeşm şəhərinin başçısı Əmir Teymurinin sözlərinə görə, hücum nəticəsində bir nəfər ölüb, üç nəfər isə yaralanıb. Hadisənin digər təfərrüatlarının daha sonra açıqlanacağı bildirilib.

Teymuri hücuma görə ABŞ-ni məsul tutub. Ancaq gəminin adı, marşrutu və hücumun hansı vasitə ilə həyata keçirildiyi barədə hələlik əlavə məlumat verilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Əliyev Ərdoğana məktub göndərdi - Nələr olacaq?