Modern.az

Bakıda arvadını armaturla döyən ər məsuliyyətdən azad edildi

Bakıda arvadını armaturla döyən ər məsuliyyətdən azad edildi

Hadisə

13 Sentyabr 2026, 09:23

Bakıda gənc oğlan arvadını döyüb.

Modern.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

23 yaşlı Müslüm Səfərovla (şərti adla) həyat yoldaşı arasında qonaq otağında mübahisə düşüb. Buna səbəb qadının onunla kobud danışması olub. Mübahisə zamanı Müslüm dəmir armaturla arvadının qol, əl və ayaq nahiyələrinə zərbələr vuraraq, xəsarətlər yetirib.

Faktla bağlı Müslüm Səfərov saxlanılaraq, barəsində cinayət işi açılıb.

Təqsirləndirilən və zərərçəkən şəxs ifadələrində barışdıqlarını, eləcə də dəymiş ziyanın ödənildiyini bildiriblər. Həmçinin zərərçəkən qadın ərindən şikayətçi olmayıb.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və M. Səfərov məsuliyyətdən azad edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı