Modern.az

Bir fotoya görə dünyaca məşhur brend BOYKOT EDİLDİ

Bir fotoya görə dünyaca məşhur brend BOYKOT EDİLDİ

Aktual

Bu gün, 11:56

ABŞ-nin məşhur moda brendi “Ralph Lauren”in rəsmi “Instagram” səhifəsində israilli aktrisa Qal Qadotun fotolarını paylaşması sosial şəbəkələrdə etirazlara səbəb olub.

Modern.az xəbər verir ki, International "Business Times" nəşrinin məlumatına görə, sentyabrın 9-da yayımlanan paylaşımın ardından istifadəçilər brendi boykot etməyə çağırıblar.

Fotolar “The Jaffa Hotel”də fotoqraf Tal Abadi tərəfindən çəkilib. “Möcüzə qadın” obrazı ilə tanınan Qal Qadot “Ralph Lauren”in 2026-cı ilin payız kolleksiyasından qızılı rəngli libas və ayaqqabıda kamera qarşısına keçib.

Brend paylaşımın açıqlamasında “Aktrisa Qal Qadot “Modern Luxury” jurnalının üz qabığında parlayır” ifadəsini işlədib.

Paylaşım 16,7 milyondan çox izləyicisi olan brendin səhifəsində kəskin reaksiyalara səbəb olub. İstifadəçilərin bir qismi şirkətin məhsullarından imtina etməyə çağırıb və “Əlvida, Ralph Lauren”, “Sionistlər olmasın” və “Böyük məyusluq” kimi şərhlər yazıb.

Bununla yanaşı, bəzi istifadəçilər brendi müdafiə edərək boykot çağırışlarını istehza ilə qarşılayıblar. Onlar şirkətin təsisçisi Ralph Laureni xatırladıblar.

Qeyd edək ki, 1939-cu ildə Nyu-Yorkda anadan olan Ralph Laurenin əsl soyadı Lifşits olub. O, Şərqi Avropadan ABŞ-a köçmüş yəhudi mühacir ailəsində dünyaya gəlib. Gələcək dizayner 16 yaşında soyadını Loren olaraq dəyişib.

“Ralph Lauren” şirkətinin rəhbərliyi sosial şəbəkələrdə gedən müzakirələrlə bağlı hələlik rəsmi açıqlama verməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi