İsmayıllıda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanın kimliyi məlum olub.
Modern.az report-a istinadən xəbər verir ki, xəsarət alan sürücü 33 yaşlı İlkin Abdullazadə, ölən sərnişin isə 31 yaşlı Münəvvər Abdullazadədir.
Faktla bağlı araşdırma aparılır.
02:46
İsmayıllıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Modern.az report-a istinadən xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunun 12-ci kilometrliyində, Topçu kəndində qeydə alınıb.
Belə ki, "Mercedes E-240" markalı, 99-KF-281 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb və yanıb.
Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan sürücü və avtomobildəki sərnişinin (qadın) meyiti ətrafdakılar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda onların hər ikisinin şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.