08Sentyabr | Ana Səhifə - Yazılar - Bu nədi ə?!
Bu nədi ə?!

Hidayət Elvüsal


Yuxa Qulağı Sulayanlar Cəmiyyəti bu məsələyə elmi cəhətdən yanaşır. Onlar deyirlər ki, Fatı qarı xəmirin suyunu az və ya çox eləsə, kündə təndirdə küt gedəcək və pendir dürməyindən məhrum olacağıq. Odur ki, Fatı qarı “Xəmiryoğurmanın əsasları” elminə dərindən bələd olmalıdır. Əgər əlimizdə pendir dürməyi olmasa, düşmən hücumlarını necə dəf edə bilərik?

Üç Badam Bir Qoz Birliyi bu fikirlə əsasən razıdır. Həm də qeyd edir ki, kündənin təndirdə küt getməsi yaxşı əlamət deyil. Eyni zamanda Fatı qarının dişləri yoxdur və o, nə badam yeyə bilir, nə də qoz. Birliyimizin nəzdində fəaliyyət göstərən Azqozsındırma Komitəsi ona ləpə təklif edir. Amma Fatı qarının ağzı o qədər büzülüb ki, üç badam nədir, heç bir buğda da yerləşməz. Qozdan isə söhbət salmağa dəyməz. Belə olduğu halda o necə fit çalıb haray sala bilər ki, ey igidlər, qaçın canınızı qurtarın, düşmənlər gəldi!

Gecələr İpdən Asılmış Qadın Paltarlarını Qoruyanlar Cəmiyyəti bu məsələnin həllində fəallıq göstərirlər. Onların lideri deyir:

- Fatı qarının bir ayağı burdadır, o biri Allah bilir harda. Düşmənləri qorxutmaq üçün bizim təcrübəmizdən istifadə etmək həm ona, həm də bizə xeyirdir. Gecələr paltar oğurlayanları görəndə nitqimiz tutulur və bunu səhərə kimi açıb-ağarda bilmirik. Zənnimcə Fatı qarı gecələr ağ mələfəyə bürünüb arabir qolunu-qıçını oynatsa, bizim də bağrımız yarılar, düşmənlərin də. Və onlar bu sirdən agah olmadıqları üçün deyəcəklər ki, şəhərdə kəfənə bürünmüş əcaib-qəraib adamyeyənlər var.

Ağcaqanadları və Taxtabitiləri Müdafiə Şurasının sədri yerindən dik atıldı:

- Heç elə şey yoxdur! Fatı qarının qanı şirindir və bizim ittifaq tabeliyində olan müəssisənin neçə baş taxtabitisi həmin mənbədən qidalanır. Fatı qarının mələfəyə bürünüb, əl-qol oynatması ağcaqanadları ürküdər və bu, bizə iqtisadi ziyanlar hesabına başa gələr. Odur ki, Fatı qarının gecələr öz yerində uzanması vacibdir. Qoy düşmənlər görsünlər ki, Fatı qatı onları heç zadına da almır… vecinə! Özünü Vətən taxtabitilərinin yolunda fəda edir. Ayağa qalxsa, onları tumanbağı ilə boğar.

- Srağagün Fatı qarı tumanını yuyub sərmişdi. Gecə ipdən açıb apardılar.

- İndi deyirsən bir tumanbağıdan ötəri düşmən bizi ayaqlasın? Yəni bir bezin qırağından Fatıya tuman tikdirə bilməzsiniz ki, Vətən xilas olsun?

Görüşün sonunda Şlyapalı Dilənçilər Komitəsinin məsul katibi tribunaya qalxdı:

- Yoldaşlar! Qarşımızda çox mühüm, həlli vacib olan problemlər dayanır. Hər şey alternativ yolla həll edilməlidir. Yəqin fikir vermisiniz, şəhərimizin küçə və meydanları dilənçilərlə doludur. Onlar camaatdan 5 qəpik, 10 qəpik, hətta bir abbası pul alırlar. Adımızı biabır edirlər. Yoldaşlar, kişi 5 min alar, 50 min alar, hələ desən… Vəzifə bizdə, boy-buxun bizdə, imkan, arxa, kömək bizdə, qeyrət… Bircə dəfə ağzınızı açıb demirsiniz ki, yoldaşlar, vətənin boynunda sizin də haqqı-sayınız çoxdur. Bayaqdan bəri Fatı qarını tərifləyib qoymusunuz dağın başına. Elə sabah qərar çıxarırıq ki, Fatı qarı xaindir. Kündəsi küt gedir, taxtabitilər canına daraşır, tumanını oğurlatdırıb, ağzına badam yerləşmir, fit çala bilmir, hay-hayı gedib, vay-vayı qalıb. Vətəni qorumaq millətlərarası ədavəti qızışdırmaqdır! Biz buna yol verə bilmərik.

Bir özgəsi:

- Ədalət naminə deməliyəm: sıralarımız möhkəmlənir, yeni cəmiyyətlər, birliklər yaranır. Bu gün ən mütərəqqi ideyaları olan birlik və cəmiyyətlərin adını çəkmək istərdim. Məsələn, Dartma Yaxam Cırıldı Cəmiyyəti. Yeznələri Müdafiə Komitəsi vəzifə bölgüsündə iştirak etmək hüququ qazanıb. Toydan sonra Nağara Çalanlar Cəmiyyəti “Saxla Samanı Gələr Zamanı İttifaqı”. Meymun Baxar Güzgüyə Adını Qoyar Özgəyə Şurası isə bizim Şlyapalı Dilənçilər Komitəsinin nəzdində fəaliyyət göstərəcək.

Beləliklə, yoldaşlar, kifayət qədər imkanlar var. Komitə əmin olduğunu bildirir ki, bundan sonra bu cəmiyyətlərin fəaliyyəti xaricdəki dostlar tərəfindən mükafatlandırıdacaq. Sizə inanırıq. Vətənin xilası, millətin qeyrəti, torpağımızın azadlığı məhz belə cəmiyyət və birliklərin ideya yekdilliyi ilə həyata keçirilə bilər.

Axırda məsul katib Boşboğazlar Cəmiyyətinin rəhbərlərini qəbul etmiş, onların görəcəkləri işlərlə maraqlanmışlar. Bu cəmiyyətin qeydə alınması gələn iclasların birində müzakirə olunacaq.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Sabah Azərbaycanda payız başlayacaq 22 Sentyabr 2019, 11:36 Mahir Emrelinin evini qarət edən şəxslər danışdı - VİDEO 22 Sentyabr 2019, 11:20 Ötən il dünyanın böhran regionlarında 29 milyon körpə doğulub   22 Sentyabr 2019, 10:50 Yaponiyada 400-dən çox aviareys təxirə salındı 22 Sentyabr 2019, 10:36 Qubanın dağlıq kəndlərinə qar yağıb 22 Sentyabr 2019, 10:32 Şirvanda transformator yanıb   22 Sentyabr 2019, 10:27 Ermənilər cəbhədə təxribatlara davam edir 22 Sentyabr 2019, 09:36 Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq 22 Sentyabr 2019, 09:31 “İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək DƏYİŞİKLİK GÖZLƏNİLİR” 22 Sentyabr 2019, 09:20 Bakıda 9 yaşlı uşağı yük maşını vurdu 22 Sentyabr 2019, 00:34 Güclü külək Goranboyda fəsadlar törətdi 22 Sentyabr 2019, 00:16 Tacikistanda rüs əsgərlərinə hücum edildi 21 Sentyabr 2019, 23:54 Ermənistanda qubernator köməkçisi ordu zabitini öldürdü 21 Sentyabr 2019, 23:09 Neftin bölüşdürülməsi problem yaratdı 21 Sentyabr 2019, 22:47 İran, Çin və Rusiya ilə birgə hərbi təlimlərə hazırlaşır 21 Sentyabr 2019, 22:33 Rektor tələbələrə daha 10 tövsiyə verdi 21 Sentyabr 2019, 22:10 Xəzərdə dalğanın hündürlüyü 6,3 metrə çatdı 21 Sentyabr 2019, 21:58 Gecə klubundakı atışmada 2 nəfər ölüb   21 Sentyabr 2019, 21:39 Albaniyada güclü zəlzələ: yaralılar var 21 Sentyabr 2019, 21:25 İcma sədrindən ATƏT-də Qarabağ çağırışı 21 Sentyabr 2019, 21:06 Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının nümayəndələri İstanbulda - FOTO                        21 Sentyabr 2019, 20:48 Bakıda dünya çempionatının qalibləri mükafatlandırılıb 21 Sentyabr 2019, 20:34 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 21 Sentyabr 2019, 20:18 Güclü külək Bakıda toz dumanı yaradıb 21 Sentyabr 2019, 20:01 “Topaz”dan texniki problemlə bağlı MÜRACİƏT 21 Sentyabr 2019, 19:07 Ermənistan Dilqəmlə Şahbazı azad edə bilər - Yerevan müzakirə aparır 21 Sentyabr 2019, 18:43 Bakıda küləyin sürəti 38 m/s-yə çatıb 21 Sentyabr 2019, 18:28 “Türk ocağı” Azərbaycanda bərpa olundu - Akif Aşırlı başqan seçildi - YENİLƏNİB 21 Sentyabr 2019, 17:51 Bakıda küçələrə atılan azyaşlıya görə cinayət işi açıl 21 Sentyabr 2019, 17:18 Ordumuzun bir hərbçisi həlak oldu 21 Sentyabr 2019, 17:14 Azərbaycanda 3030 boşanmış və 204 dul qalmış qadın yenidən ƏRƏ GEDİB 21 Sentyabr 2019, 17:00 Tokio-2020 Olimpiadasına lisenziya qazanan 5 idmançımız kimdi? - SİYAHI 21 Sentyabr 2019, 16:03 SOCAR küləklə əlaqədar 500-dən çox neftçini sahilə çıxarıb 21 Sentyabr 2019, 15:51 Koreya səfiri “Qobu Park”da köçkünlərə dəstək verməyə gəldi 21 Sentyabr 2019, 15:34 Səslərə qıcıq olmaq nevroloji xəstəlik ola bilər?! 21 Sentyabr 2019, 15:23