Modern.az

Bu ilki qəbul imtahanlarında 101 nəfər Sumqayıt məktəblisi 600-dən çox bal toplayıb

Bu ilki qəbul imtahanlarında 101 nəfər Sumqayıt məktəblisi 600-dən çox bal toplayıb

14 Sentyabr 2009, 13:20

Sumqayıt şəhərindən olan abituriyentlərin tələbə qəbulu üzrə nailiyyətləri bir qayda olaraq respublika üzrə orta göstəricidən yüksək olur. Bu il Sumqayitdan olan 101 gənc 600-dən yuxarı bal toplayıb. Bu göstəriciyə görə, demək olar ki, respublikada 600-dən çox bal toplayanların hər 9-10 nəfərindən biri sumqayıtlıdır. 600-dən çox bal toplayanlar şəhər üzrə ali məktəblərə sənəd verən abituriyentlərin təxminən 2,7  faizini təşkil edir. Respublika üzrə bu göstərici 1 faizdən də aşağıdır. Şəhər üzrə 600-dən çox bal toplayanların ümumi məzunlara nisbətən faizi 2,5 faizdir ki, bu da respublikada ən yüksək göstəricidir. Həmişə olduğu kimi bu il də ən yüksək nəticə Texniki və Təbiət Elmləri Liseyində qeydə alınıb, burada 39 nəfər abituriyentdən 15 nəfəri, yəni abituriyentlərin 38,5 faizi 600-dən çox bal toplayıb. 101 nəfərdən 26 nəfəri, yəni yüksək nəticə göstərən məzunların 26 faizə yaxını hətta 650-dən çox bal toplayıb.
Qe
yd edək ki, şəhər üzrə ən yüksək bal toplayan abituriyent Texniki və Təbiət Elmləri Liseyinin məzunu Axundlu Rəna Firəddin qızıdır, o, 695 balla Qafqaz Universitetinin “Dünya iqtisadiyyatı” ixtisasına daxil olub.   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...