Modern.az

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi artır - 1,3 milyard

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi artır - 1,3 milyard

İqtisadiyyat

Bu gün, 18:24

Bu ilin yanvar-may aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 366 milyon 745 min ABŞ dolları təşkil edib.

Modern.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,7 % azdır.

Hesabat dövründə Rusiya ilə ticarət ümumi dövriyyənin 6,5 %-i qədər olub.

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV