Modern.az

Ağdamda dəhşət: ata və iki övladı boğuldu

Ağdamda dəhşət: ata və iki övladı boğuldu

Hadisə

4 İyul 2026, 16:00

Ağdamda bədbəxt hadisə baş verib.

Modern.az xəbər verir ki, APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb.

İlkin məlumata əsasən, ata iki azyaşlı övladı ilə birlikdə su anbarında çimərkən batıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...