İstanbul – Mineralnıye Vodı reysini həyata keçirən “Sukhoi Superjet” təyyarəsi Qara dəniz üzərində uçuş zamanı fövqəladə siqnal göndərib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, “Azimut” aviaşirkətinə məxsus sərnişin təyyarəsi İstanbuldan Mineralnıye Vodıya uçarkən texniki nasazlıq səbəbindən geri dönmək qərarı verib. Təyyarə Qara dəniz üzərində olarkən ekipaj vəziyyəti təhlükə siqnalı ilə elan edib və hava gəmisini uçuşa başladığı hava limanına yönləndirib. Bu tip “Sukhoi Superjet” təyyarələri 103 sərnişinə qədər daşıya bilir.