Modern.az

Həcc vacibdir, yoxsa kimsəsizlərə əl tutmaq?

Həcc vacibdir, yoxsa kimsəsizlərə əl tutmaq?

14 Sentyabr 2009, 13:42

Ölkəmizdə bir çox imkanlı şəxslər var ki, onlar hər il Həcc ziyarətinə gedirlər. Bunların içində elələri olur ki, imkansızlara, kimsəsizlərə əl tutmur.

Modern.az-ın müxbirilə söhbətində Təzə Pir məscidinin axundu Hacı Faiz hər bir müsəlman üçün Həcc ziyərətinin vacib olduğunu bildirib. Onun sözlərinə görə, Həccə gedən hər bir şəxs xüms, zəkat verməlidir: «Əgər Həccə gedən şəxs orada 5000 manat xərcləyəcəksə, ziyarətə getməzdən öncə həmin məbləğin 1000 manatını xüms kimi kimsəsizlərər verməlidir. Xüms verilməsə, onun ziyarəti də düzgün deyil. Bəziləri deyir ki, Həcc ziyarətinin yerinə burada kimsəsizlərə əl tutulmalıdır. Şəriətdə belə bir şey yoxdu. İmkanı olan hər bir insan Həcc ziyarətinə getməlidir. Amma bu o demək deyil ki, imkanlı şəxslər kasıblara, kimsəsizlərə kömək etməməlidirlər. Məhəmməd Peyğəmbərin belə bir hədisi var ki, əgər bütün imkanlı şəxslər boyunlarında olan vacib haqqı yerinə yetirsələr, dünyanın heç bir yerində ac insan qalmaz. Burada sədəqədən söhbət getmir».

Hacı Faizin sözlərinə görə, insan Həccə getsə də, getməsə də imkan daxilində fəqir-füqəraya öz köməyini əsirgəməməlidir və ən əsası budur.  

 

Aqil LƏTİFOV

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi