Modern.az

Keçmiş deputat HƏBS EDİLDİ

Keçmiş deputat HƏBS EDİLDİ

Dünya

Bu gün, 16:12

Rusiyanın hakim “Vahid Rusiya” partiyasından Dövlət Dumasının keçmiş deputatı Andrey Doroşenko Krasnodarda xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinərək saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə “RBK” istintaqın gedişatı ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Doroşenko yeni çağırış Dövlət Dumasına seçilməyib və buna görə də sentyabrın 29-da, parlamentin aşağı palatasının yeni çağırışının ilk plenar iclasından bir gün əvvəl deputat toxunulmazlığını itirib.

İstintaqın versiyasına görə, Doroşenko digər şəxslərlə, o cümlədən Krasnodar vilayətinin Nəqliyyat və Yol Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə birlikdə ən geci 2017-ci ildə dövlət müqavilələri çərçivəsində region yollarının təmirinə ayrılmış büdcə vəsaitlərinin mənimsənilməsi məqsədilə mütəşəkkil qrup yaradıb.

Mənbələrin sözlərinə görə, qrup üzvləri əvvəlcə dövlət müqavilələrinin ilkin qiymətini süni şəkildə şişirdib, daha sonra satınalma mərhələsində rəqabəti məhdudlaşdırıblar. Müqavilələr bağlandıqdan sonra isə keyfiyyətsiz görülən işlərin maneəsiz qəbul edilməsi təmin olunub. Büdcədən əldə edilən vəsaitlər daha sonra təqsirləndirilən şəxslərin nəzarətində olan təşkilatlar vasitəsilə çıxarılıb və nağdlaşdırılıb.

İstintaqın qənaətinə görə, nəticədə Doroşenko və onun əlbir olduğu şəxslər Krasnodar vilayətinin büdcəsindən 2 milyard rubldan çox vəsaiti mənimsəyiblər.

Hüquq-mühafizə orqanları Doroşenkonun 2018–2021-ci illərdə rəhbərlik etdiyi Krasnodar vilayəti “Kuban Yolçuları İttifaqı” regional assosiasiyasının, həmçinin “Moya Kuban” fondunun fəaliyyətini də araşdırır.

İş üzrə Andrey Doroşenkonun övladları – Milana və Eldar Doroşenko da təqsirləndirilən şəxslər kimi keçir. Onlar da xüsusi külli miqdarda dələduzluqda ittiham olunurlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?