Modern.az

Tramp Braziliyanı Hindistanla səhv saldı 

Tramp Braziliyanı Hindistanla səhv saldı 

Dünya

Bu gün, 15:53

ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşdığı seçki ilə bağlı yazıda Braziliyanı Hindistanla səhv salıb.

Modern.az xəbər verir ki, Tramp Hindistanda prezident seçkilərinin birinci turunda 125 milyon insanın səs verdiyini və nəticələrin həmin gün açıqladığını yazıb. Lakin bazar günü Hindistanda prezident seçkisi keçirilməyib.

Hindistanda prezident birbaşa ümumxalq səsverməsi ilə seçilmir. Ölkə prezidenti parlamentin hər iki palatasının və ştatların qanunverici orqanlarının seçilmiş üzvlərindən ibarət Seçicilər Kollegiyası tərəfindən müəyyənləşdirilir. Hazırkı prezident Draupadi Murmu 2022-ci ilin iyulunda vəzifəyə başlayıb və onun beşillik səlahiyyət müddəti başa çatmayıb.

Trampın qeyd etdiyi 125 milyon səs isə Braziliyada keçirilən prezident seçkilərinin birinci turunun nəticələri ilə uyğun gəlir. Braziliyada oktyabrın 4-də keçirilən səsvermədə təxminən 124,5 milyon seçici iştirak edib və səslərin hesablanması səsvermə məntəqələri bağlandıqdan qısa müddət sonra başlayıb.

Braziliyada seçkilərin ikinci turuna hazırkı prezident Luiz İnasio Lula da Silva və sabiq prezident Jair Bolsonaronun oğlu, senator Flavio Bolsonaro keçib. Onların heç biri səslərin 50 faizindən çoxunu toplamadığı üçün ikinci tur oktyabrın 25-də keçiriləcək.

Tramp paylaşımında ABŞ-da, o cümlədən Detroit, Filadelfiya və Kaliforniyada daha az sayda səslərin hesablanmasının həftələrlə çəkdiyini iddia edərək ölkənin seçki sistemini tənqid edib.

Daha sonra Tramp ilkin paylaşımını “Truth Social”dan silib və iki dəqiqə sonra düzəliş edilmiş variantını yayımlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?