Bakıda qətl hadisəsi olub.
Modern.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Nizami rayonu ərazisində baş verib.
Orta məktəblərdən birinin 9-cu sinfində təhsil alan yeniyetmə sinif yoldaşını bıçaqlayaraq, öldürüb.
Əldə etdiyimiz məlumata əsasən, hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.