Modern.az

Bakada yağış, rayonlara leysan yağacaq

Bakada yağış, rayonlara leysan yağacaq

14 Sentyabr 2009, 14:06

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 15-də hava şəraitinin buludlu olacağı, gecə və səhər yarImadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şimal şərq küləyinin sürəti 9-14 m/s olacaq. Havanın temperaturu gecə 18-20, gündüz 23-26 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.
Sentyabrın 16-da  hava şəraitinin buludlu olacağı, fasilələrlə yağış yağacağı ehtimalı var. Şimal küləyinin sürəti 8-13 m/s, gündüz arabir 17 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 17-19, gündüz 20-23 dərəcə isti olacaq.
Sentyabrın 17-də hava şəraitinin buludlu olacağı, yağış yağacağı gözlənilir. Şimal küləyinin sürəti 9-14 m/s, arabir 16-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 16-18, gündüz 20-23 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 15-də axşam və gecə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, bəzi yerlərdə lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 15-19, gündüz 24-28, dağlarda gecə 7-12, gündüz 15-19 dərəcə isti təşkil edəcək. Sentyabrın 16-17-də tarixlərində bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, əsasən gecə və axşam saatlarında lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin sürəti 5-10 m/s, arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18, gündüz 23-26, dağlarda gecə 6-11, gündüz 12-16 dərəcə isti olacaq.
Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal küləyinin əsməsi və temperaturun tədricən enməsi əksər meteohəssas insanlar üçün əlverişlidir.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır