Modern.az

Mixail Saakaşvili Türkiyə səfirinə Şərəf Medalı təqdim edib

Mixail Saakaşvili Türkiyə səfirinə Şərəf Medalı təqdim edib

14 Sentyabr 2009, 18:35

Gürcüstan prezidenti Mixail Saakaşvili iki dövlət arasında münasibətlərin inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə Türkiyənin bu ölkədəki səfiri Ertan Tezgörü Gürcüstanın Şərəf Medalı ilə mükafatlandırıb. Gürcüstan Prezidentinin Avlabaridəki iqamətgahında gerçəkləşdirilən təqdimat mərasimində iki ölkənin ilişkilərinin gücləndiyini bildirən M.Saakaşvili əlavə edib ki, Türkiyə Gürcüstanın bölgədəki ən başlıca müttəfiqidir: “İki ölkə arasında sıx siyasi ortaqlıq əlaqələri var. Gürcüstan və Türkiyə arasında sərbəst ticarət rejimi fəaliyyət göstir və son illərdə qarşılıqlı ticarətin həcmi bir neçə dəfə artmışdır”.
Şərəf Medalı ilə mükafatlandırılan Türkiyə səfiri E.Tezgör isə “mənə təqdim etdiyiniz bu medal Türkiyə və Gürcüstan arasındakı dostluğun bir simvoludur” deyərək Saakaşvilinin hakimiyyəti dönəmundə əlaqələrin sürətlə möhkəmləndiyini söyləyib. Səfir sözlərini “Türkiyə hər zaman Gürcüstanı dəstəkləyəcək” bəyanatı ilə bitirib.
2005 ildən Türkiyənin Gürcüstandakı səfiri təyin edilən E.Tezgörün bu vəzifədə səlahiyət müddəti 16 sentyabrda başa çatır.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...