19 mart 2018, 12:59 | Ana Səhifə - Yazılar - İndi heç kimə etibar yoxdur
İndi heç kimə etibar yoxdur

Mülatif Adurov,
veteran telejurnalist


Səhiyyə sahəsində aşkarlığı necə təmin etməli? Bu sual çoxlarını narahat etsə də konkret nəticəyə gəlinmir. Çünki elə əməllər var ki, bunu bir həkim bilir, bir də Allah. Qalırıq həkimin insafına, həkimin vicdanına. İnsaf, vicdan da çox adamda yoxdur.


...Gözlərim zəifləmişdi. Sovet dövründə səhiyyə ocaqlarında müalicə kursu elə idi ki, ilk növbədə poliklinika həkiminə müraciət olunmalı idi. Amma mən xarici ölkəyə uzunmüddətli ezamiyyətə gedəcəyim üçün komissiyadan keçməli idim. Komissiyadan keçəndə həkimlər mütləq sağ gözümdə mirvari suyunun –kataraktın müalicə olunmaq zəruriətinin vacibliyini bildirdilər, yəni cərrahiyyə təklifi verdilər.

Sovetlər dövründə isə belə əməliyyatı nadir cərrahlar görürdülər. Çox soraqlaşdıqdan sonra öyrəndim ki, bir cərrah var: bu işin Allahı sayılır. Ünvanını öyrənib ora getdim. Dünyasını dəyişdiyinə görə indi həmin cərrahın ad-soyadını, ünvanını bildirməyi lazım bilmirəm. Elə adına “Dyadya Vanya” , sadəcə “Dyadya” (şərtidir) deyirdim. “Dyadya” elə evində məni qəbul etdi, analizlər götürdü, əməliyyat qabağı tövsiyələrini verdi. Bir neçə gün məni evində saxladı. Ürəyimdə düşündüm ki, necə də xeyirxah insanlar varmış! Sən demə, bu hörmətin qarşılığında məkirli niyyət dururmuş. Hələ müayinə və müalicə xərclərinin həddini aşacağını demirəm.

Beləcə üç gün onlarda qaldım, yeməyim-içməyim də yerli yerində. Məlum oldu ki, kataraktdan əlavə mənim bir gözümdə qlaukoma da var, o da əməliyyat olunmalı idi. Sovet dövründə bunlar o qədər də çox xərc tələb etmirdi. Ancaq həkimim bildirdi ki, mirvari suyu dəyişdirilməlidir. Gözün bülluru dəyişdirilməlidir. Bu bülluru ABŞ-dan sifarişlə gətirdir. Ucuzu da var, bahalısı da – 5 dollardan 100-dək. 

-      Hansını istəyirsən? – deyə soruşdu. İmkansız olsam da göz kimi vacib orqana biganə qala bilməzdim.

-      Əlbəttə lap yaxşısını, - deyə pıçıldadım.


Əməliyyat günü məni xəstəxanaya apardılar. Əvvəlcə gözümə bahalı bir iynə vurdular – rus pulu ilə 100 rubla. O vaxt bu çox baha məbləğ idi. Çarəm yox idi. Amma iynənin içindəki vaksindən xəbərim olmadı. Ucuz idi, bahalı idi, bilmədim. Sonra məni yarıqaranlıq bir otağa saldılar (növbəm çatanda). Çarpayıda uzandırıb üstümə mələfə örtdülər. Sol gözümü tənziflə bağladılar. Başımın üstündə həkim, assistent, tibb bacıları durmuşdular.


Sözün düzü, “Dyadaya”dan gözüm su içmirdi: onun əlləri əsirdi. Görəsən bıçağı əlində necə tutacaq? Keyləşdirici iynə işini görmüşdü. Bircə onu eşidirdim ki, “Dyadya Vanya” mahnı oxuyur, qızlar da ona qoşulurlar. O tez-tez (üç-dörd dəfə) “o bahalı bülluru gətirin” deyirdi. Bu məndə şübhə oyatsa da, səsimi çıxarmadım.


Ertəsi günü bu barədə söhbət etdik.

-      Dyadya, siz dünən bir  neçə dəfə bahalı büllur barədə danışdınız. İndi mən haradan bilim, o büllur ucuz idi,yaxud yüz dollarlıq idi?

Tutuldu.

-      Yox, sən bilə bilməzdin, bu bizim öz vicdanımıza qalırdı.

-      Deyəsən gözümü bıçaqla kəsən də başqası idi, eləmi?

-      Hə, yaşa dolmuşam, əllərim əsir. Ona görə də köməkçim ...


Əməliyyatdan beş ay, bir il, üç il keçdi. Gözlərimdə nəinki bir yenilik hiss etdim, əksinə görməyim bir az da tutqunlaşdı.


Başqa bir həkimə müraciət edərək bu prosesləri yenidən davam etdirdim. Vəziyyətim düzəldi.


Xəstənin heç nədən xəbəri olmur. Oğlan uşağı dünyaya gətirəndə anaya qız uşağı göstərirlər. Ağır ağrılar keçirən ana bunu necə ayırd edə bilərdi. Böyrək əməliyyatı aparanlar “lap daş          karxanasıdır” deyib bir ovuc daşı xəstəyə göstərirlər. O yazıq nə bilsin ki, bu daşlar onun böyrəyindən çıxıb, yoxsa başqalarının.


Təbabətdə aşkarlıq olmadığından indi də belə hallar təkrarlana bilər. Xəstənin sahibini nəinki cərrahiyyə otağına, heç reanimasiya otağına da buraxmırlar, başqa çür müşahidə də apara bilmirlər. Belə olduqda isə dələduzluq əl-qol açır, vicdan da itir, insaf da.

Aşkarlığın təmin olunmasının yolunu bəlkə də tibb işçiləri bilirlər, amma bunu aşkarlamaq istəmirlər. Çünki xeyir eləmir...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Sabahın hava PROQNOZU 10 May 2021, 11:50 Baş Prokuror “Tərtər işi”ndən DANIŞDI 10 May 2021, 11:45 Naxçıvanda Süni Mayalanma Mərkəzi istifadəyə verildi 10 May 2021, 11:40 Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı oldu 10 May 2021, 11:33 “Azərxalça”nın Naxçıvan filialının açılışı oldu 10 May 2021, 11:27 Prezident “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanış oldu 10 May 2021, 11:20 İlham Əliyev Naxçıvanda Heydər Əliyevin abidəsini ziyarət edib 10 May 2021, 11:14 Prezident hərbi aerodromun AÇILIŞINDA 10 May 2021, 11:07 Coğrafiya elminə ağır itki: əbədiyyətə qovuşan Hüseyn müəllim 10 May 2021, 11:04 Xalidə Bayramova Modern.az-a danışdı: “Allah ən böyük şahidimdir” 10 May 2021, 11:01 Hacıqabul sakininindən narkotik maddə və tüfəng götürüldü 10 May 2021, 10:57 Atam illərlə uğrunda vuruşduğu bir Qələbəni gördü, amma... 10 May 2021, 10:53 Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı oldu 10 May 2021, 10:50 DSX-nin həbs edilən vəzifəli şəxsləri azadlığa BURAXILDI 10 May 2021, 10:45 İlham Əliyev Naxçıvanda səfərdədir 10 May 2021, 10:39 Azad olunan ərazilərdə “Xarı bülbül” maketləri ərsəyə gətirildi - FOTOLAR 10 May 2021, 10:33 Siyəzəndə narkotik becərən şəxs saxlanıldı 10 May 2021, 10:26 Azərbaycan qadını həyatının çox böyük bir hissəsini susur -  SABİQ DEPUTATLA MÜSAHİBƏ 10 May 2021, 10:20 Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər 10 May 2021, 10:13 Ötən həftə Qarabağda 93 hektar ərazi minalardan təmizlənib 10 May 2021, 10:06 Bakıda 200 ədəd yeni ağac əkildi - FOTOLAR 10 May 2021, 10:00 Azərbaycanlı jurnalist Fransa portalında minalanmış ərazilərdən yazdı 10 May 2021, 09:53 Böyük şəxsiyyətlər və xilaskarlar unudulmur - VİDEO 10 May 2021, 09:46 Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur 10 May 2021, 09:39 Ermənistan parlamenti yenidən toplaşır - Paşinyanın taleyi həll olunacaq 10 May 2021, 09:32 Qocalmanın qarşısını alan 6 MÖCÜZƏ 10 May 2021, 09:24 Bu tarixdən havanın temperaturu gündən-günə yüksələcək - RƏSMİ 10 May 2021, 09:17 DTX-dan Heydər Əliyevin ildönümü ilə bağlı PAYLAŞIM 10 May 2021, 09:10 Xəzər rayonunda 28 yaşlı gənc bıçaqlandı 10 May 2021, 09:04 Bakıda yaşayış binasında  yanğın - xəsarət alanlar var 10 May 2021, 08:58 Güclü külək Bakı-Qazax yolunun bağlanmasına səbəb oldu 10 May 2021, 08:52 Bu gündən Azərbaycanda 18 yaşdan yuxarı şəxslərə vaksin vurulacaq 10 May 2021, 08:44 Bakıda “Mercedes” YANDI 10 May 2021, 08:37 Lavrov bu gün Azərbaycana gəlir 10 May 2021, 01:19 "Sevilya"nın oyunçusu "Real"ı uduzmaqdan xilas etdi 10 May 2021, 01:11