25 İyun 2016, 09:36 | Ana Səhifə - Yazılar - Beyin ölümü keçirən SƏHİYYƏ
Beyin ölümü keçirən SƏHİYYƏ

Məhsəti Şərif

Səhiyyə haqqında bir neçə dəfə tənqidi yazılar yazmışam. Məsələn, dayım qızı Pərvinə Hüseynova doğuş zamanı həkim savadsızlığı üzündən dünyasını dəyişəndə, başqa bir qohumumun böyrəyi əvəzinə, kor bağırsağı əməliyyat ediləndə. Xərçəng diaqnozu qoyulan tanışıma başqa ölkədə sağlamsan diaqnozu qoyulanda. Çox belə faktlar sadalaya bilərəm. İstəyənlərə ünvan da deyərəm. Sonra "qərəzlisən" tipli eyhamları eşitdim və susdum.

Amma susmaq da hara qədər davam edər? Sinirlərin də bir tarıma çəkilən zamanı var. Bu qədəri də yox artıq, deyirsən. Bu yaxınlarda Bakıda olanda ailə üzvlərimdən birinin əməliyyatı zamanı səhiyyənin acınacaqlı durumunu bir daha gördüm. Tibb bacılarının "çörəkpulu" itəməsinin nə qədər adiləşdiyinin şahidi oldum.  Düşündüm əcəba səhiyyənin adını dəyişib "pulhiyyə" qoysalar, daha doğru olmazmı? 

Bitmir! Hər gün xəstəxanalardan komedi şouları ilə bağlı yeni bir xəbər... Bir gün işıqları sönür və körpələr dünyasını dəyişir. Xəstəxanada "generator" sistemi yoxdu. Düşünmək belə, istəmirəm... əməliyyat zamanı xəstəxananın işığı sönür və xəstə əməliyyat masasında əlində şam “Azərişıq”ı arayır. Olsa belə, artıq təəccüblənmərəm. Ağlamaqla gülmək arasında vargəl edirəm.

Sonra yeni bir xəbər. 82 yaşlı Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın  Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib. Əməliyyatdan sonra qadının yaxınları şok keçiriblər. Xəstənin xəstə ayağı yerinə sağlam ayağı kəsilib. Həkim əməliyyata girərkən at gözlüyümü taxıb? Bu nə rəzalət? Ginnesin Rekordlar kitabında belə, bu cür görünməmiş hadisə yoxdu. Həkimin açıqlaması isə qulaqlardan ıraq. Üzürü qəbahətindən böyük. Məncə bizim komediya ustaları, ya da müdrüklərimiz səhiyyəmizin məcaraları ilə bağlı lətifə kitabı yazsınlar.

Bu səhiyyəsizlik və səhiyyənin səviyəsizliyi nə qədər davam edəcək? Xəstəxanalarda  salam verəndən salam alana hər kəs pul istəyir. Sığorta sisteminə keçdikdən sonra yaqin ürək yerinə cinsəl orqanları əməliyyat edərlər. Çünki loğmanlarımızın bir neçəsi istisna olmaqla,  başları ancaq aşağı nahiyyələri görür. Yanlış anlamayın, cibləri nəzərdə tuturam. İndi o sağ ayaqla sol ayağın yerini dəyişik salan həkimi məncə yenidən əsgər göndərsinlər. Ona orda “Sag, sol!”, “Sağ, sol!” deyə məşq etdirsinlər.

Əminəm bu həkim də bir töhmətlə canını qurtaracaq. Ya da Səhiyyə Nazirliyindən çıxıb "araşdırırıq" deyəcəklər. Hətta bir az sonra ümumiyyətlə “Tərlan xanım xəstəxanaya ayaqsız gəlmişdi” də deyə bilərlər. Biz də bir az danışıb, çənəmizi şaqqıldadıb susacağız.

Amma bilmirik ki, o xəstəxana da , həkim də məhkəməyə verilməlidir və böyük bir təzminatla yanaşı, cəza almalıdırlar. İnanmıram! Çünkü başdakı əmilər, dayılar dövrəyə girəcək. Tərlan ananın da ayağının dəyəri qalmayacaq.

Ayaqdan danışdıq, amma  hər şey başdan başlayır. Maləsəf baş da problemə çevrilib. Səhiyyənin nə başında baş var, nə ayağında başbilən. Məncə, ümumilikdə səhiyyənin başın əməliyyat etmək lazımdı. Çünkü səhiyyənin başında böyük xərçəng sişi var. Əməliyyatın uğurlu keçəcəyinə də inanmıram. Üzülərək deyirəm,  sağlık nazirliyimiz beyin ölümü keçirib. Allah şəfa versin!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Sərnişin avtobusu "KamAz"la toqquşdu 24 Oktyabr 2021, 13:30 Nəbiyev amerikalı rəqibini yendi  24 Oktyabr 2021, 13:20 İran və Azərbaycan arasındakı münasibətlər necə davam edəcək? 24 Oktyabr 2021, 13:08 Əfqanıstan qana boyandı 24 Oktyabr 2021, 13:00 Böyük Qayıdış reallaşır: Qarabağda  işsizlik problemi olmayacaq 24 Oktyabr 2021, 12:46 Şəhidimizin anım günü - Video 24 Oktyabr 2021, 12:35 Xarkovda Axundova heykəl qoyuldu 24 Oktyabr 2021, 12:29 "Keşlə" -"Qəbələ" dueli 24 Oktyabr 2021, 12:19 Sabahın havası: duman olacaq  24 Oktyabr 2021, 12:08 Goranboyda oğrular qandallandı 24 Oktyabr 2021, 11:58 Yeni qeydiyyata alınan partiyanın HƏDƏFLƏRİ 24 Oktyabr 2021, 11:51 Dünyanın koronavirus MƏNZƏRƏSİ 24 Oktyabr 2021, 11:39 Balakəndə reyd  24 Oktyabr 2021, 11:29 Prezident və xanımından sevgi FOTOSU 24 Oktyabr 2021, 11:22 Bakıda fabrik alovlandı 24 Oktyabr 2021, 11:11 Mərmərədə gəmilər TOQQUŞDU 24 Oktyabr 2021, 11:08 Gürcüstanda virusa YOLUXANLAR 24 Oktyabr 2021, 11:00 Tayvan silkələndi 24 Oktyabr 2021, 10:51 Ötən ilin bu həftəsi - Müdafiə Nazirliyindən YENİ VİDEO 24 Oktyabr 2021, 10:48 Bu gün dünyanın gözü "Kamp Nou"da olacaq 24 Oktyabr 2021, 10:44 Bahalaşan neft, yüksələn ərzaq qiymətləri fonunda manatı nə gözləyir: devalvasiya, yoxsa...? 24 Oktyabr 2021, 10:32 Kolumbiyanın ən böyük narkotaciri qandallandı 24 Oktyabr 2021, 10:30 24 oktyabr:  Ümumdünya Poliomielitlə Mübarizə Günü 24 Oktyabr 2021, 10:26 Mənzildə meyit tapıldı 24 Oktyabr 2021, 10:16 Tovuzda ağır qəza  24 Oktyabr 2021, 10:05 Xəzərdə 5 otaqlı ev yandı 24 Oktyabr 2021, 09:59 SAVAŞ XRONİKASI: 24 oktyabr - düşmənin döyüş təyyarəsi vuruldu 24 Oktyabr 2021, 09:49 Özbəkistan  prezidentini seçir  24 Oktyabr 2021, 09:39 Məhəmməd Salahın mum heykəli London muzeyində 24 Oktyabr 2021, 09:30 Yunanıstan Misirdən işıq alacaq 24 Oktyabr 2021, 09:23 Həmyerlimiz Finlandiya çempionu oldu 24 Oktyabr 2021, 09:14 Rusiya vətəndaşlarına Gürcüstanda əmlak qadağası 24 Oktyabr 2021, 09:05 Tiflisdə zəfərimizin ildönümünə həsr olunan futbol turniri 24 Oktyabr 2021, 08:59 Kennedinin qətli ilə bağlı məxfi sənədlər açıqlanacaq   24 Oktyabr 2021, 00:51 NATO-dan Baltikyanı ölkələrdə növbəti aviabaza 24 Oktyabr 2021, 00:31