Modern.az

Dünya Qəzetlər Assosiasiyasının nümayəndələri Mətbuat Şurasında olublar

Dünya Qəzetlər Assosiasiyasının nümayəndələri Mətbuat Şurasında olublar

Media

23 Sentyabr 2009, 18:30

Azərbaycanda səfərdə olan Dünya Qəzetlər Assosiasiyasının (DQA) media azadlığı və inkişafı proqramının icraçı direktoru Mircana Miloşeviç, proqramın rəhbəri Bengt Braun və təşkilatın baş ofisinin rəhbəri Timoti Baldinq sentyabrın 23-də Mətbuat Şurasında olublar.
MŞ-nin sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun ölkəmizdə media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi sahəsindəki fəaliyyəti barədə məlumat verib. O, deyib ki, Şuranın başlıca iş prinsipi qəzet, jurnal və informasiya agentlikləri ilə bağlı ictimaiyyətin müxtəlif təbəqələri tərəfindən daxil olan müraciətləri araşdırmaqdan ibarətdir. Bu fəaliyyət kütləvi informasiya vasitələrindən olan narazılıqların məhkəmə müstəvisinə çıxmaması, məsələlərin media müstəvisində həllini tapması baxımından əhəmiyyətlidir.
DQA təmsilçiləri bildiriblər ki, Azərbaycana səfərin məqsədi ölkəmizdəki mövcud söz və mətbuat azadlığı mühitinin qəzetlərin fəaliyyət dairəsinə təsirini müəyyənləşdirməkdir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı