Modern.az

Bu tarixlərdə səmaya baxın - Qeyri-adi görüntülərə şahid olun

Bu tarixlərdə səmaya baxın - Qeyri-adi görüntülərə şahid olun

Dünya

Bu gün, 01:43

İlin ən uzunmüddətli meteor yağışlarından biri olan Cənubi Tauridlər artıq başlayıb. Güclü meteor yağışı gözlənilməsə də, bu hadisə gecə səmasında yavaşca hərəkət edən parlaq "od kürələri" yaratması ilə tanınır.

Modern.az xəbər verir ki, Amerika Meteor Cəmiyyətinin məlumatına görə, meteor yağışı 20 noyabra qədər davam edəcək.

Oktyabrın 13-dən 14-nə keçən gecə daha çox meteor müşahidə olunacaq, parlaq "od kürələri"nin müşahidə ediləcəyi əsas pik nöqtəsi isə 4-5 noyabr gecəsinə təsadüf edəcək. Bu müddət ərzində saatda beş-on meteor görünəcək.

NASA izah edir ki, Cənubi Tavridlər 2P/Enke kometindən qalan qırıntılardan yaranır. Onlar Yer atmosferinə nisbətən yavaş – saniyədə təxminən 27 kilometr sürətlə daxil olurlar. Nəticədə, meteorlar daha uzun müddət ərzində yanaraq parlaq işıq saçır və görünürlər. Payızın sonlarına doğru onlara daha bir meteor yağışı – Şimali Tavridlər də qoşulacaq.

Bu il müşahidə üçün şərait ideal olacaq: 13-14 oktyabr gecəsi Ay görünməyəcək, 5 noyabrda isə Ayın yalnız 18%-i işıqlı olacaq. Meteorlar Buğa bürcündən yayılırmış kimi görünsələr də, onlar səmanın istənilən hissəsindən peyda ola bilərlər. Astronomlar açıq bir məkan tapıb müşahidəni çılpaq gözlə aparmağı tövsiyə edirlər. Durbin və ya teleskopa ehtiyac yoxdur, çünki səmanı mümkün qədər geniş bir mənzərə ilə izləmək daha yaxşıdır.

Radiant ekliptikaya yaxın yerləşdiyi üçün bu meteor yağışını Yerin hər iki yarımkürəsindən müşahidə etmək mümkündür, baxmayaraq ki, Şimal yarımkürəsində şərait ənənəvi olaraq daha əlverişlidir. Eyni zamanda, mütəxəssislər qeyd edirlər ki, hadisənin intensivliyinin aşağı olması səbəbindən şəhər sakinləri üçün işıq çirklənməsindən uzaq, qaranlıq ərazilərə getmədən həmin parlaq meteorları (atəş kürələrini) görmək çətin ola bilər.

Sizə yeni x var
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı