ABŞ Prezidenti Donald Trampın fəaliyyətini bəyənən amerikalıların payı 32 faizə enib. Bu, onun siyasi karyerası ərzində "Reuters/Ipsos" sorğularında qeydə alınan ən aşağı göstəricidir.
Modern.az xəbər verir ki, son sorğuya əsasən, Trampın ümumi reytinqi bir həftə ərzində 35 faizdən 32-yə düşüb.
Respublikaçılar arasında da prezidentə dəstək azalıb. Bir həftə əvvəl Trampın fəaliyyətini partiya tərəfdarlarının 82 faizi bəyəndiyi halda, son sorğuda bu göstərici 73 faiz olub.
Sorğuda amerikalıların yalnız 17 faizi Trampın yaşayış xərcləri ilə bağlı siyasətini bəyəndiyini bildirib. Respondentlər yaşayış xərclərini noyabrın 3-də keçiriləcək aralıq seçkilərində səsvermə qərarlarına təsir edəcək əsas məsələ kimi göstəriblər.
Respublikaçılar arasında da ilk dəfə yaşayış xərcləri məsələsində Trampın fəaliyyətini bəyənməyənlərin sayı bəyənənləri üstələyib. Belə ki, 51 faiz onun bu sahədəki fəaliyyətini bəyənmədiyini, 44 faiz isə bəyəndiyini bildirib.
Reuters qeyd edir ki, fevralda İranla müharibənin başlanmasından sonra ABŞ-da benzin və dizel yanacağının qiymətləri kəskin artıb. Sorğuda amerikalıların yalnız 24 faizi Trampın İranla bağlı siyasətini dəstəkləyib.
Sorğu ABŞ üzrə 1277 yetkin şəxs arasında onlayn keçirilib. Nəticələr üçün mümkün statistik xəta təxminən 3 faiz bəndidir.