15 Oktyabr 2018, 08:29 | Ana Səhifə - Yazılar - Yenidoğulmuşun şikayəti
Yenidoğulmuşun şikayəti

Mahir Qabiloğlu


Doqquz ay idi ki, kefdəydim. Anamın qarnında özümçün o yana fırlanırdım, bu yana fırlanırdım. Anam evdə nə hava çalırdısa, oynayırdılar. Deyirdi ki, kabab istəyirəm: həmən ya restorana aparırdılar, ya da ki çörək arasında evə gətirirdilər. Təzə paltar geyinmək istəyəndə, alırdılar. Təmiz dağ havası da öz yerində. Anamın qarnında bu doqquz ayı Azərbaycanın bütün bölgələrini gəzdim. Yerim rahat idi. Nə edim ki, məcburi çıxartdılar məni bayıra.

Çıxan kimi də dedilər ki, ağla. Ağlamadım. Kişi də heç ağlayar? Elə bunu görmüşdüm – çimdik bir yandan, şillə o yandan. Böyük adama o cür işgəncə versəydilər səsi Avropa Məhkəməsindən gələrdi. Xülasə, mən bu işgəncəyə dözməyib başladım bərkdən ağlamağa. Demə bu ağlamaq, o ağlamaqdan deyilmiş. Ciyərlərimin açılması üçün lazımmış. Vurmaq nəyə lazım? Əvvəlcədən başa salsaydılar özüm də ağlayardım.

Sonra ağzıma şlanq soxdular, öyüyə-öyüyə qaldım. Görəsən nə yemişdim ki, bunlar mədəmi yumaq istəyirdilər, hə? Həkim xala dedi ki, sakit dur, “otsos” eləyirik. Demə dölyanı maye udmuşam, onu sorurlarmış mədəmdən aparat vasitəsilə.  

Sonra arxama nəsə dürtdülər. Demə bu da klizmaymış. Yaxşı ki, vazelin vurmuşdular. Elə özümə təzə gəlmişdim ki, qoluma da, ayağıma da rezin fason qandal taxdılar. Baxdım ki, üstünə nəsə yazılıb. Nə yazılsa yaxşıdır? Aygün Məmmədova. Qışqırığım götürdü aləmi ki, ay həkim, ay akuşerka, mən kişiyəm e... 9 aydır ki, anamla atamın dığ-dığından bezmişəm. Ki, bəs mənə hansı babamın adını verəcəklər – ata-babamın, yoxsa ana-babamın. Həkim xala gördü ki, sakitləşmirəm, bir yumşaq-fason şeyi soxdular ağzıma. Adına da “soska” dedi. Məcbur olub kiridim.

Bir müddətdən sonra həkim xala yenə gəldi. Qıraqda dayanan şəfqət xalaya amiranə şəkildə “Aygünü aç, yoxlayım” dedi. Hirsimdən partlayırdım.Axı mən Aygün deyiləm. Mənim heç adım da yoxdur. Əynimə geydirdikləri mavi rəngli paltara baxsınlar heç olmasa. Qız olsaydım qırmızı, çəhrayı rəngdə olardı paltarım. Həkim tonusumu yoxladı. Əllərimi qaldırdı. Qollarımı kənara açdı. Ayağımın altını elə qaşıdı ki, məcbur olub yenə ağladım. Ayaq üstə tutub ayaqlarımı çarpayıya dirəşdirdi. Qarnım üstə qoydu. Hər proseduru edəndən sonra da “Afərin. Aygündə hər şey yaxşıdır” deyirdi. Hirsimdən partlayırdım ki, bəs mən kişiyəm, qız deyiləm. Nə edim ki, danışa bilmirdim.

Sonra həkim ürəyimə, ciyərlərimə qulaq asdı, qarnımı əllədi. Nəhayət, pampersimi açdı. Burnuna yaxınlaşdırıb iylədi, nəcisimi barmaqladı. Sünnətimi çevirəndə fürsət düşdü əlimə. Qərara aldım ki, cəzalandırım onu. Necə? Naporla işədim düz həkim xalanın sifətinə. O da “Oğraş, sən mənim üstümə işəyirsən?” deyib, o saat üstümü əskiylə bağladı. Amma artıq gec idi. Üzünü də yumuşdum, acığımı da çıxmışdım. Amma mənə “oğraş” deyəndə pis oldum. Axı mənim anam tərbiyəli qadındır. Kim bilməsə də, mən yaxşı bilirdim ki, anam atamdan başqa heç kimlə yatmayıb. Bunu gözlərimlə görmüşdüm. Amma təhqir olunsam da,  sevinirdim. Çünki həkim mənim Aygün yox, kişi olduğumu axır ki, bilmişdi. Yoxsa “oğraş” deməzdi.

Amma elədiyim yenə də ona dərs olmadı. Həkim xala üzünü şəfqət xalaya tutub dedi: “Aygün yaxşıdır. Onu yu, geyindir, ver döşə”.
Sonra isə yanımdakı oğlan uşağına işarə verərək “İndi də Şərqiyyəni aç. Onu da yoxlayım” dedi. Qonşum  da hirsləndi. Amma həkim işarət barmağını onun gözü qarşısında yellədərək “Bax a, ay oğraş, üzümə işəsən canını alaram” deyə əvvəlcədən xəbərdarlıq etdi.

Beləcə xəstəxanada iki gün qalıb çıxdıq. Yaxşı ki, çıxdıq. Nəhayət ki, adımı qoydular. İndi hamı məni kişi adıyla çağırır. Demə doğum evində hamını ananın adıyla çağırırmışlar. Anamın da adı Aygün, familiyası Məmmədovaymış.

Amma evdəkilərdən heç biri, hətta anam da bilmir ki, xəstəxanada başıma nə oyunlar gətiriblər. Özüm də açıb-ağartmıram. Necə etiraf edim? Adımı Aygün çağırmaqlarınımı, paltarımı mavi rəngdə geyindirməklərinimi, ora-burama dürtdüklərini demirəm hələ. Görəsən mənim taxsırım nə idi? Sonra da deyirlər ki, qulaqlarınızı çəkin, evlərdən iraq. Filankəsin oğlu qulağısırğalıdır.

 

2018

MÜƏLLİFİN DİGƏR YAZILARI
Soydaşlarımız Türkiyədə yanğından zərərçəkənlərə yardım göndərdi   4 Avqust 2021, 18:32 Məhkumun evindən narkotik götürüldü 4 Avqust 2021, 18:32 Kəlbəcər yenə atəşə tutuldu:  İtkimiz yoxdur 4 Avqust 2021, 18:21 MTRŞ iddiaçıların heç birinə lisenziya vermədi 4 Avqust 2021, 18:14 Müəllimlərin işə qəbulunda yenilik: Nazirdən mühüm AÇIQLAMA   4 Avqust 2021, 18:01 “Biz daha çox biliyi ölçürük, nəinki bacarığı” 4 Avqust 2021, 17:56 Emin Əmrullayev: “Dərs saatı ən azı 18 olmalıdır”  4 Avqust 2021, 17:54 Müdafiə naziri ordunun döyüş hazırlığını yoxladı 4 Avqust 2021, 17:50 Şəfqət dolu ürək... 4 Avqust 2021, 17:50 Nazir narazı namizədlərə müraciət etdi 4 Avqust 2021, 17:42 Zakir Həsənov azad olunmuş ərazilərə getdi - VIDEO+FOTO   4 Avqust 2021, 17:41 “Şikayətçi müəllimlər haqlıdırlar” - Emin Əmrullayev 4 Avqust 2021, 17:33 Ermənistan XİN-nə yeni mətbuat katibi TƏYİN OLUNDU 4 Avqust 2021, 17:29 “Ən çox yer xarici dil müəllimliyinə ayrılıb” - Təhsil naziri 4 Avqust 2021, 17:28 “Azərsu”da İctimai Şuranın ilk iclası keçirildi   4 Avqust 2021, 17:23 Müəllim olmaq istəyənlərin sayı kəskin artıb 4 Avqust 2021, 17:19 “Azəriqaz”ın “Açıq mikrofon”undan ilk səs gəldi - FOTO 4 Avqust 2021, 17:14 Azərbaycan və BMT birgə işçi qrup yaradır 4 Avqust 2021, 17:08 İstanbulda da meşəni yandırdılar 4 Avqust 2021, 17:04 Azər Süleymanov siyasətdən uzaqlaşdı: “Liderlərlə dil tapa bilmədik” 4 Avqust 2021, 16:48 Ağsuda toy təşkilatçısı cərimələndi 4 Avqust 2021, 16:43 Türkiyə və Azərbaycan xüsusi təyinatlılarının birgə təlimləri BAŞLAYIB 4 Avqust 2021, 16:43 Xalq kimin kim olduğunu yaxşı bilir 4 Avqust 2021, 16:42 Tokio-2020: Karateçilərimizin rəqibləri müəyyənləşdi 4 Avqust 2021, 16:40 Komitələrin payız hazırlığı: “Tamamilə yeni işlərə start verəcəyik” 4 Avqust 2021, 16:24 Əhaliyə göstərilən tibbi xidmətlərin STATİSTİKASI 4 Avqust 2021, 16:22 Deputat Olimpiya çempionu oldu 4 Avqust 2021, 16:18 Tanışını öldürmək istəyələrin işi məhkəməyə göndərildi 4 Avqust 2021, 16:06 İranda koronavirusa yoluxma sayı 4 milyonu keçdi   4 Avqust 2021, 15:54 Etibar Mirzəyev türkiyəli nazirlə müzakirələr apardı 4 Avqust 2021, 15:37 Füzulidə daha bir erməni hərbçinin qalıqları TAPILDI 4 Avqust 2021, 15:36 Eldəniz Səlimov Kürdəxanı təcridxanasına yerləşdirilib 4 Avqust 2021, 15:21 Daha 3 qazimiz Türkiyəyə göndərildi 4 Avqust 2021, 15:19 Prezidentdən 7 milyonluq sərəncam 4 Avqust 2021, 15:15 Azərbaycan və Yaponiya XİN başçıları telefonla danışdı 4 Avqust 2021, 15:12