Modern.az

Sentyabrın 30-dək Azərbaycanda yağış, leysan, qar yağacaq

Sentyabrın 30-dək Azərbaycanda yağış, leysan, qar yağacaq

26 Sentyabr 2009, 19:51

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sentyabrın 30-dək havaların kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, sentyabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gündüz arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 9-14 m/s, gündüz 15-20 m/s, günün ikinci yarısında arabir 23-25 m/s, axşama doğru yarımadanın bəzi yerlərində 29 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 15-17, gündüz 18-20 dərəcə isti olacaq, axşam 15 dərəcəyədək enəcək.
Sentyabrın 28-də hava şəraitinin buludlu olacağı, fasilələrlə yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimal olunur. Şimal-qərb küləyinin sürəti 18-23 m/s, gecə arabir 25-29 m/s, gündüz 10-15 m/s arabir 18 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 11-13, gündüz 15-17 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında 27-28 sentyabr tarixlərində yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin sürəti 10-15 m/s olacaq, sentyabrın 27-də gündüz, 28-də isə gecə və səhər arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 11-15, gündüz 19-24, sentyabrın 28-də isə 15-19, dağlarda gecə 3-6, gündüz 9-14 dərəcə isti olacaq.
Milli Hidrometeorologiya Departamentindən xəbərdarlıq:
Şimal və qərb rayonlarında 26-30 sentyabr tarixinədək hava şəraitinin kəskin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə yağıntıların qara keçəcəyi ehtimalı var. Havanın temperaturu tədricən 8-10 dərəcə aşağı enəcək. Sentyabrın 27-28-də şimal-qərb küləyinin sürəti gecə və səhər 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...